Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərindən sonra Azərbaycana ilk səfərini edib. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana seçkilərdən sonra həyata keçirdiyi ilk dövlət səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsi, dost-qardaşlıq bağlarının möhkəmlənməsi istiqamətində atılan bir adımdır. Rəcəb Tayyib Ərdoğan öncə Şimali Kipr Türk Respublikasına daha sonra isə, Azərbaycana səfər edir. Bu səfər ölkələr arasında olan dostluğun bariz nümunəsidir…
Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı ölkə başçısı ilə təkbətək və eyni zamanda böyük bir heyətlə görüşü nəzərdə tutulub.
Arzu NağıyevDeputat bildirib ki, Şimali Kipr Respublikası Türkiyəyə ən yaxın, mühüm ölkələrdən biridir. Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, hərbi maraqlar var. Xarici siyasətdə əsas məqam ümumi maraqlardır. Eyni zamanda iki dövlətin başçıları arasında olan münasibətlər də mühüm rol oynayır. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çox dəyərli bir səfərdir.
Deputatın sözlərinə görə, bu görşülərdə regionda baş verən hadisələr, Rusiya-Ukrayna məsələsi, Ermənistan-Azərbaycan məsələsi, logistik daşımalarla bağlı məsələlər və s. digər mövzular müzakirə ediləcək. Bu müzakirələrin nəticəsində mühim nəticələrin əldə ediləcəyi də gözləniləndir.
“Əsas məqamlardan biri Qarabağ məsələsində Azərbaycan-Ermənistan münasibətləri, sülh müqaviləsinin imzalanması üçün atılan addımlar, Türkiyə ilə Ermənistan sərhəddinin açılması, Zəngəzur dəhlizi və s. digər mühim məsələlərin müzakirə ediləcəyi gözlənilir. Türkiyə ilə Azərbaycan münasibətlərində yeni mərhələyə qədərm qoyur. İki ölkə arasında olan layihələrin davam etdirilməsi ilə yanaşı, yeni layihələr üzərində də müzakirələr aparılacaq, nəticələr əldə ediləcək”- deyən deputat iki ölkə başçısı arasında olan dostluq-qardaşlıq münasibətlərinə də toxunub. O, bildirib ki, münasibətlərin böyük əhəmiyyəti var və İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında keçən görüşlər dostluq şəraitində keçən görüşlərdən olacaq.
Deputat vurğulayıb ki, Azərbaycan da Türkiyə üçün daim bir dəstək, bir dayaq olan dövlətlərdəndir.
“Son zəlzələ baş verəndə Azərbaycan həm dövlət səviyyəsində, həm də hər bir Azərbaycan vətəndaşı özünə uyğun olaraq, özünün imkanı daxilində Türkiyə dövlətinin, Türk xalqının yanında oldu. Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi və digər strukturlar da tam səfərbər olundu. Bunu Türkiyə də unutmadı. Azərbaycanın göstərdiyi dəstək, tək bununla bitmədi. Burada təkcə maddi və humanitar məsələlərdən söhbət getmir.
Eyni zamanda siyasi dəstək, Rusiya ilə olan münasibətlərdə Türkiyəyə göstərilən dəstək, müəyyən vasitəçilik məsələləri, cənab prezident İlham Əliyev tərəfindən Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının zirvə görüşünün keçirilməsi, eyni zamanda Şuşada böyük zirvə görüşünün keçirilməsi və s. çox önəmlidir.
Türkiyədə baş vermiş hadisələrdə İlham Əliyevin qardaş ölkəyə dəstək məqsədilə zirvə görüşünün Ankarada keçirilməsi təklifi və s. bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərində çox mühüm rol oynadı. Rəcəb Tayyib Ərdoğanın “Şuşa” bəyannaməsinin imzalanması il dönümü ərəfəsində gəlməsi də çox mühüm məsələdir. Çünki biz həm də strateji tərəfdaşıq”-deyə deputat izah edib.
Arzu Nağıyev vurğulayıb ki, bizi Türkiyə ilə “bir millət, iki dövlətik”, hətta son vaxtlar cənab prezident İlham Əliyevin də ifadə etdiyi kimi “bir yumruquğ”… Bu, Azərbaycan Türkiyə qardaşlığının bariz nümunəsidir. Türk dünyasında qarşılıqlı dəstəyin və hörməyin bariz nümunəsidir.
Deputat hesab edir ki, bütün bunlar böyük əhəmiyyətə malikdir. Nağıyevin fikrincə, görüşlər ən yüksək səviyyədə keçəcək və müvafiq sənədlərin imzalanması da gözlənilir.
“Bütün dünyada əgər xarici siyasətdə ümumi maraqlar daha üstün götürülür. Bizim ümumi maraqlardan çıxış edərək, dost-qardaşlıq münasibətlərimiz bütün Türk dünyasına bir görkdür. Bütün türk dünyası da bu qardaşlıq münasibətini bir etolon kimi özlərinə götürür”-deyə Arzu Nağıyev vurğulayıb.
P.S. Bəli, Azərbaycan-Türkiyə qardaşlığı məhz cənab Rəcəb Tayyub Ərdoğanın dövründə daha da möhkəmləndi. Məhz onun hakimiyyəti dövründə Azərbaycan bir qardaşının olduğunu hiss etdi. Bu qardaşlığı, dostluğu isə, heç bir güc poza bilməz.
İradə Cəlil, Bizimyol.info






