Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rəcəb Tayyib Ərdoğan bizim üçün doğma bir şəxsdir"
"Rəcəb Tayyib Ərdoğan bizim üçün doğma bir şəxsdir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün tarixində Azərbaycanda səfərdədir. Bu Türkiyə Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının əyani sübutudur.

Xatırladaq ki, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında, ilk sırada ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır. Bu səfər də dövlət səfəridir. Dövlət səfərləri xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, tərəflər arasında əlaqələr ən yüksək səviyyədə inkişaf etməkdədir. Siyasi, iqtisadi, hərbi strateji, mədəniyyət, elm sahəsində və s. sahələrdə əməkdaşlıq mövcuddur.

Samir Hümbətov Samir Hümbətov

Politoloqun fikrincə, bu səfərin də xüsusən böyük əhəmiyyəti var.

“Çünki bu gün regionda baş verən proseslər, regionun ətrafında, dünyada baş verən proseslər Azərbaycan və Türkiyəni daha da yaxın olmağa vadar edir. Tərəflər arasında əlaqələrin inkişafı təkcə 2 dövlət üçün deyil, eyni zamanda region üçün önəmlidir. Türk dünyası baxımından önəmlidir”- deyə Samir Hümbətov əlavə edib.

Politoloq bildirib ki, 2 ildir ki Türk Dövlətəti Təşkilatı təsis olunub. Bu təşkilatın fəaliyyətində ciddi irəliləyişlərin olduğu göz önündədir.

İstər ortaq əlifbanın yaradılması məsələsi, istər ortaq tarixin yaradılması, ortaq ordunun yaradılması məsələsi olsun və s. Burada Azərbaycan və Türkiyə önəmli mövqelərdə qərarlaşıbdır.

Samir Hümbətov hesab edir ki, bu görüşün ikili münasibətlərin inkişafı, eyni zamanda regional məsələlər və qlobal səviyyədə böyük təsirləri olacaq.

“Rəcəb Tayyib Ərdoğan bizim üçün doğma bir şəxsdir. Ona görə də düşünürəm ki, bu səfər çox önəmli və əhəmiyyətli olacaq”-deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »