Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan bütün əraziləri boyunca suverenliyinin təmin olunması üçün olduqca təsirli addımlar atıb"
"Azərbaycan bütün əraziləri boyunca suverenliyinin təmin olunması üçün olduqca təsirli addımlar atıb"

“Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi ilə iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır”. Bu barədə Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov danışıb. Nazir qeyd edib ki, münaqişənin başa çatması sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəlilədilməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlər gündəmə gətirir.

“Sülh gündəliyini Azərbaycan irəli aparmaqdadır. Və bütün reallıqları həmçinin də sülhlə bağlı gözləntilərivdə Azərbaycanın güclü mövqeləri formalaşdırmaqdadır. Ermənistan hər zaman davranışları ilə yekun söz sazişininin imzalanmasını hər vasitə ilə əngəlləməyə çalışdığını nümayiş etdirib. Amma Azərbaycanın davamlı olaraq, öz mövqelərini möhkəmləndirməsi, müzakirələr masası arxasında haqlı mövqelərini inamla müdafiə etməsi, nə Ermənistana nə də onun havadarlarına manevr imkanları vermir. Həm Ermənistan tərəfi, həm də Ermənistanı ağır məğlub durumdan xilas etməyə çalışan bəzi siyasi dairələr anlayırlar ki, yekun sülh sazişi imzalanmalıdır. Başqa yolu yoxdur”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu danışıb. Deputat qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev vurğulayır ki, “sülh sazişi, əslində elə Ermənistanın özünə daha çox lazımdır”. Çünki Azərbaycan kifayət qədər güclü mövqelərə sahibdir.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu

Deputat qeyd edib ki, Azərbaycan bütün əraziləri boyunca suverenliyinin təmin olunması istiqamətində olduqca təsirli addımlar atıb və bu imkan verir ki, biz həm sərhədlərimizə, bütün ərazilərimizə kefiyyətli nəzarət təmin edək.

“Bu, bir reallıqdır və bu reallıq da kifayət qədər təsirli amil rolunda çıxış etməkdədir. Düşünürəm ki, məhz Azərbaycanın atmış olduğu addımlar, öz mövqelərini kifayət qədər gücləndirməsi sayəsində biz bu gün deyə bilərik ki, sülh imkanları, sülh sazişinin imzalanması imkanları kifayət qədər realdır. Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını uğurla həyata keçirməkdədir. Başlıca səbəb bundan qaynaqlanır”-deyə Elşad Mirbəşiroğlu əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »