Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin yeni "kabineti": Konstitusiya planı, təhlükəsiz xarici siyasət, Qarabağ tapşırığı...
Türkiyənin yeni "kabineti": Konstitusiya planı, təhlükəsiz xarici siyasət, Qarabağ tapşırığı...

“Elan edilən yeni kabinet bizə iki əsas başlıq göstərir: “mexanizm” və “davamlılıq”. Biz kabinet daxilində iki əsas mexanizmin qurulduğunu və bəzi nazirliklərin sistemin davam etdirilməsi üçün iradədən istifadə etdiyini görürük. İki mexanizmdən birincisi iqtisadi problemlərlə mübarizə və iqtisadi yükü yüngülləşdirmək üçün qurulduğunu oxuya bilərik. Beynəlxalq bazarlarda həmkarı xəzinə naziri olan Mehmet Şimşek ilə yanaşı, dövlət planlaşdırması sahəsində təcrübəsi olan Cövdət Yılmazın vitse-prezident təyin edilməsi, Yılmaz Tunc və Əli Yerliqaya kimi şəxslərin ədliyyə və daxili işlər nazirliklərinə gətirilməsi bizə gələcəklə bağlı ipucu verir”.

Bu barədə Bizimyol.info xəbər portalına BAU ULMER müdürü, politoloq İhsan Alpargın danışıb. Onun sözlərinə görə, makro siyasətlərdə dəyişiklik demək olar ki, müəyyən olsa da, xüsusilə xarici investorların ölkəyə qayıtması üçün lazımi hüquqi tənzimləmələri və normallaşma addımlarını ata biləcək bir heyətin formalaşdığı görünür. Alpargın hesab edir ki, andiçmə mərasimindən sonra həm iqtidar qanadının, həm də ittifaq ortağı MHP kadrlarının səsləndirdiyi yeni konstitusiya araşdırmaları tezliklə bazarlara da yansıyacaq.

BAU ULMER müdürü, politoloq İhsan Alpargın BAU ULMER müdürü, politoloq İhsan Alpargın

Politoloq bildirib ki, ikinci mexanizm uzun illər MİT-in rəhbəri olmuş Hakan Fidanın Xarici İşlər Nazirliyinə və Milli Müdafiə Nazirliyinə Baş Qərargah rəisi general Yaşar Gülərin təyinatı və prezidentin sözçüsü İbrahim Kalının MİT Başqanlığına təyin olunması ilə yaranıb. Onun fikrincə, xüsusilə Hakan Fidanın kadr hərəkatı xarici siyasətdə anlayış dəyişikliyi gətirəcək. Fidanın xarici siyasətin başında tam səlahiyyətə malik olduğunu və uzun müddət MİT işçilərini idarə etdiyini nəzərə alsaq, qərar mexanizmlərinin effektivliyini artıracağı ehtimal edilir. MİT-in rəhbəri təyin edilən İbrahim Kalın da Hakan Fidan kimi prezident Rəcəb Tayyib Ərdoğana ən yaxın adlar arasında idi. Bu kadrın yeni dövrdə verdiyi mesaj “Türkiyə hələ də xarici siyasəti təhlükəsizlik pəncərəsindən görür” mesajı olsa da, bu adların, xüsusilə də, illər ərzində Qərblə pisləşən siyasi münasibətlərin bərpası üçün uyğun seçimlər olduğu açıq-aydın görünür.

“Təcrübəli və komandan bir heyət üzvü olan Mehmet Özhasekinin Nazirlər Kabinetində Ekologiya və Şəhərsalma Nazirliyinə gətirilməsi şəhərləşmə səfərbərliyində sürətlənmə gətirəcək. O, əvvəlki nazir Murat Kurumla xələf-sələf idilər. Zəlzələ bölgəsinin köçürülməsi və bərpası ilə bağlı bəzi çətin vəziyyətlərdə kilidi açmaq üçün təşəbbüs göstərməyə gəldikdə isə, cənab Özhasekidən başqasını düşünmək mümkün deyildi. Xüsusilə zəlzələdən dərhal sonra seçki təqviminə girmək istər-istəməz yavaşlamalara səbəb oldu. Bununla yanaşı uzun müddətdir ki, hətta hakim dairələrdə də müzakirə mövzusu olan və üzərində işlədiyi məlum olan yerli özünüidarəetmə qanununa yeni qanunvericilik ilində yenidən baxılması gözlənilir”-deyə politoloq izah edib.

İhsan Alpargının sözlərinə görə, Energetika, Kənd Təsərrüfatı, Sənaye və Texnologiya nazirliklərinə nazir müavinlərinin, Nəqliyyat İnfrastruktur Nazirliyinə avtomobil yolları üzrə sədrin, Milli Müdafiə Nazirliyinə hazırkı Baş Qərargah rəisinin təyin edilməsi, orta və uzunmüddətli planların kəsintisiz davam edəcəyi və yeni bir adət yaradılmağa çalışıldığı təəssüratını yaradır. Daha çox mətbəxdə olacaq bürokratlara siyasi rütbələrdən çox qurumlardan seçilməsinə üstünlük verilməsi siyasətüstü proqramların dəyişməz davam edəcəyi təəssüratı yaradır.

“Təhvil-təslim çıxışlarında xüsusilə davam edən layihələr və siyasətlər vurğulandı. Hulusi Akarın davamçısı Yaşar Gülər ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxşılaşdırılması və Qarabağ probleminin tam həlli üçün eyni iradənin bundan sonra da göstəriləcəyini vurğulaması bəlkə də ən önəmlisi idi. Səhiyyə və Mədəniyyət və Turizm nazirlərinin işini davam etdirdiyi kabinetdə şübhəsiz ki, ən təəccüblü ad Ailə və Sosial Xidmətlər naziri təyin edilən Mahinur Özdemir Göktaş oldu”-deyə İhsan Alpargın qeyd edib.

Göktaş haqqında danışan politoloq bildirib ki, Belçika vətəndaşlığı da olan Göktaş 2009-cu ildə CDH-dən Brüssel Məclisinə seçildiyi zaman Avropada millət vəkili seçilən ilk başörtülü olub və Belçikada bəzi dairələr tərəfindən işləməsinin çətin olacağı iddia edilib. O, 2015-ci ildə “erməni soyqırımı”nı soyqırım kimi təyin etməkdən imtina etdiyi üçün partiyasından xaric edilib və müstəqil deputat kimi siyasətə davam edib. O, 2020-ci ildən Türkiyənin Əlcəzairdəki səfiri vəzifəsində çalışır.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Prezident yanında Sosial Siyasətlər Şurasının üzvü Vedat Işıkhan, Gənclər və İdman Nazirliyinə əvvəlki nazirlik təcrübəsi, yaxşı sənaye təcrübəsi və əlaqələri olan Osman Aşkın Bakın, Ticarət nazirliyinə təyin edilən uzun illlər MÜSİAD kimi əhəmiyyətli bir QHT-də rəhbərlik edən Ömer Bolatın qurumları tez bir zamanda hərəkətə keçirəcək enerji və təcrübə sahibi olduğunu deyə bilərik”-deyə İhsan Alpargın əlavə edib.

İhsan Alpargın hesab edir ki, pandemiya və zəlzələ fəlakətindən sonra problemləri daha da dərinləşən, əvvəlki kabinetdə iş yerləri dəyişdirilən Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı və Milli Təhsil nazirlərinin çıxışları da maraqla izləniləcək.

Politoloq bildirib ki, seçki prosesində nazirlik bazarlığı ilə bağlı irəli sürülən iddiaları yenə boş oldu. Prezident Rəcəb Tayyib Ərdoğan 21 ildir olduğu kimi öz şəxsi heyəti ilə işləməyə davam edir.

Alpargın hesab edir ki, ittifaqlarda razılaşdırılmış prinsiplərdən hansının siyasətlərə və nə dərəcədə təsir edəcəyini yaxın günlərdə birlikdə görəcəyik.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »