Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hər kəs universitet oxuya bilməz, cəmiyyətin santexnikə də ehtiyacı var"
"Hər kəs universitet oxuya bilməz, cəmiyyətin santexnikə də ehtiyacı var"

“Dövlət təhsilə çox ciddi vəsait ayırmalıdır. Və prinsipləri olmalıdır. Bu, çox önəmlidir. Almaniyada təhsilin inkşafına baxaq. Öncə universitetlərdən başlayaq. Universitetlərdə müəllimlər mətni alıb, kürsüyə çıxır və orada oxuyur, tələbələr yazır. Uşaqlar siniflərdə az olmalı, müəllimlər də keyfiyyətli olmalıdır.

Həmin dövrlərdə Təhsil Nazirliyi yox idi. Bu sahə Daxili İşlər Nazirliyinin bir şöbəsi idi. Həmin şöbədə Vilhelm Von Humboldt bir qaydalar siyahısı hazırlayır. Deyir ki, “universitetdə araşdırma aparılmalıdır” və əlavə edir ki, professor özündən əvvəl yazılanları deyil, öz istehsal etdiklərini də tələbəyə öyrətməlidir. Bununla da universitetə getmək üçün almanların çox sayda təhsil çeşidi vardı. Həmin müəssisələr müxtəlif ali məktəblərə tələbə hazırlayırdı. Bu gün siz əgər müəyyən bir liseyə getmisinizsə, sizi peşə məktəbinə yönləndirir. Siz o peşə məktəbində oxuyarsınız. Amma gimnaziya məzunusunuzsa, harda istəsəniz oxuya bilərsiniz”.

Bizimyol.info xəbər verir ki, bu barədə bir müddət əvvəl Azərbaycanda qonaq olmuş Türkiyəli geoloq Celal Şengör və tarixçi və yazar İlber Ortaylı podcast kanalının verlişində danışıblar.

Celal Şengör qeyd edib ki, bu çeşidlənmə, universitetə gedən tələbə sayını azaltmaqla yanaşı, liseyə, gimnaziya gedən tələbə sayını da azaldır. Onun fikrincə, bunu edə bilmək üçün Vilhelm Von Humboldt planı kimi ciddi bir təhsil planı hazırlamaq lazımdır.

“Mən öz əhalimi necə yetişdirmək istəyirəm. Mənim əlimdə milyonlarla gənc var. Onlara necə təhsil verəcəyəm. İlber Ortaylının dediyi kimi “hər kəs universitet oxuya bilməz, cəmiyyətin santexnikə də ehtiyacı var”. Bu da dövlətin işidir. Amma dövlət öz məsuliyyətini unudarsa bu hala düşərik”-deyən Şəngör bildirib ki, Türkiyə və Azərbaycan eyni vəziyyətdədir.

İlber Ortaylı isə qeyd edib ki, onlar özəl təhsilə qarşı deyillər, sadəcə ticarətə çevrilmiş təhsilə qarşıdırlar.

“Bizim milləti qaldıran özəl təhsil alanlardır. Rusiya çarlığı məktəblərə vəsait vermir. Öz gimnaziyaları var. Həmin gimnaziyaların rəhbərliyində olan maarif vəkillərindən Şirinski Şikmatov demiş ki, “mollalar kimi ərəbcə əzbərlədilərək, Türkçə öyrədilməz”. 20 ilin içində Rusiyada 5 min məktəb açıldı. Bunu edən şəxslər özəl məktəblər də bitirmişdilər.

Biz özəl dərslərə qarşı deyilik, amma təhsil adı ilə ticarətlə məşğul olanlara qarşıyıq. Bu səbəbdən də təhsil nazirləri bu məsələyə çox ciddi nəzarət etməlidir. Bunlar “sendviç mağazası” kimidir. Bir neçə şöbə açırlar”-deyə qeyd edən Ortaylının fikrincə buna icazə verilməməlidir. Məktəblərdə uşaq sayı azalır.

Ortaylı bildirib ki, sənaye İngiltərəsində uşaqları sıralara düzərdilər. Müəllim sadəcə sırabaşında olanlara öyrədərdi, o da digərlərinə.

“Buna ehtiyac yoxdur ki… Millətin neçə uşağı var ki? İki uşaq… Bir sinifdə 50 uşaq, 40 uşaq oxuyarmı?

Türkiyənin təhsil naziri Hasan Ali Yücel və Mustafa Necati bəyin məktəblərinin fərqliliyi, təhsil institutu olması idi. Həmin dövrlərdə orta məktəbdən, litseydən xarici dil öyrənib çıxanlar var idi. Bu gün isə bu ticarətdi. Müəllimi ticarətə qarışdırsan, sənin bəyənmədiyin köhnə mollalara şükür etməyə məcbur qalarsan. Mən müəllimin tüccara çevrilməsinə qarşıyam”,- deyə Ortaylı bildirib.

Şəngör qeyd edib ki, bunun bir dünya protokolu ilə azaldılması, nəzarətə alınması lazımdır.

“Məsələnin nəzarətə alınması çox mühimdir. Dövlətin bir siyasəti olmalıdır. Dövlətin bir sistemi olmaldıır. Nəzarət o sistemə görə aparılmalıdır”- deyə Celal Şengör əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »