Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin güclü və sabit ölkə kimi tərəqqisinə töhfə verib" - Video
"Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin güclü və sabit ölkə kimi tərəqqisinə töhfə verib" - Video

“Türkiyədə prezident seçkiləri olduqca müvəffəqiyyətli bir formada keçirildi. Seçkilərə xarici ölkələrin müdaxiləsi olduğu deyilsə də, belə bir müdaxilə olmadı. Xarici ölkələrdən gələn müşahidəçilərin araşdıması ilə seçkilərə hərhansı bir saxtakarlığın edilmədiyi müəyyən edildi”.

Bu barədə Bizimyol.info xəbər portalına Krım Kalkınma Vəqfinin sədri Ünver Sel danışıb. Ünver Sel bildirib ki, hər iki namizəd tələb olunan centlmenlik səviyyəsində mübarizə aparıblar və nəticədə cənab Rəcəb Tayyib Ərdoğan prezident seçilib.

“Seçkilərin nəticələrini nəzərə alsaq, ölkəmizin yarıdan çoxu Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın yanındadır. Bu uğurun əldə olunması Ərdoğanın liderliyinin, istedadının və Türk xalqının ona olan inamının təzahürüdür. Cənab Ərdoğan Türkiyənin ən yüksək vəzifəsində işlədiyi müddətdə ölkəni milli və beynəlxalq səviyyədə uğurla təmsil edib. Son 20 ildə yerli və milli müdafiə sənayesi, infrastrukturun inkişafı və sosial islahatlar kimi bir çox sahədə atdığı mühüm addımlar Türkiyənin güclənməsinə töhfə verib. Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə innovativ siyasətlər və onun uzaqgörən liderliyi Türkiyənin güclü və sabit ölkə kimi tərəqqisinə töhfə verib. Onun Türkiyənin inkişafı və tərəqqisi yolundakı əzmkar fəaliyyəti və mövqeyi Türk xalqının ona olan inamını daha da gücləndirdi”-deyə Ünver Sel bildirib. Onun sözlərinə görə, Türkiyənin daxili və xarici siyasətində çətinliklərlə üzləşdiyi bir vaxtda Türk xalqı ölkəmizi birləşdirmək və gücləndirmək üçün Qərb imperializminə qarşı durmaq və milli təhlükəsizlik üçün öz seçimindən istifadə edib.

Ünver Sel qeyd edir ki, Qərbin günü-gündən tənəzzülə uğradığı, öz dəyərlərini unutduğu, qlobal mənada bəşəriyyətin ortaq dəyərlərini unutduğu, onun tərəfində olmayanlara qarşı öz siyasətini diktə etdiyi bu prosesdə Avrasiyadakı güclər böyüyür və inkişaf edir.

“Avrasiyanın yüksəldiyi bu dövrdə Türkiyə Rusiya və Çin kimi güc mərkəzləri ilə yanaşı Türk Dünyası ilə də əməkdaşlığını genişləndirir. Bu, prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın qlobal planıdır. Bu plan çərçivəsində Avrasiya qüvvələri ilə əlaqələrini saxlayır”-deyən vəqf sədri əlavə edib ki, Rəcəb Tayyib Ərdoğan ölkə daxilində PKK və FETÖ kimi terror təşkilatlarına qarşı milli təhlükəsizliyi ön planda tutaraq Türkiyə Respublikasının maraqlarını qoruyur.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »