Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qardaş Türkiyə, İkinci Qarabağ savaşında olduğu kimi mövqeyini bir daha nümayiş etdirəcək"
"Qardaş Türkiyə, İkinci Qarabağ savaşında olduğu kimi mövqeyini bir daha nümayiş etdirəcək"

“Bizim region hər zaman qarışıqdır. Bizim regionda hər zaman gərginlik gözlənilir. Bu gün də, gərginlikdən sigortalanmamışıq. Bir neçə gün öncə baş verən təxribatı yada salaq, bu cür təxribatların görüşlər öncəsi təkrarlanması da ehtimal olunur, gözləniləndir. Bu səbəbdən də Azərbaycan hər zaman belə təxribatların qarşısını almaq üçün ayıq-sayıq olmalı, daim bu məsələni diqqətdə saxlamalıdır. Düşünürəm ki, bu məsələni də Azərbaycan tərəfi daim diqqətdə saxlayır. Heç şübhəsiz ki, bu proseslərdə aparılan danışlqlarda Azərbaycan tərəfi kifayət qədər üstün tərəfdir. Sadəcə Qarabağ münaqişəsinin həllini istəməyən güclər var. Həmin güclər bu məsələdə söz sahibi olmaq da istəyirlər”.

Bu barədə Bizimyol.info xəbər portalına “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı danışıb. Şərhçi bildirib ki, Rusiyanın Ukranyaya məlum təcavüzündən sonra, Amerika və Fransa əlinə bir fürsət düşmüş kimi hərəkət etməyə başladılar və bu məsələdə öz diqtələrini etməyə çalışdılar. Amma hələ ki, buna nail ola bilməyiblər.

“Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı

“Ola bilər ki, görüşlər baş tutsun, Vaşiqtonda Parisdə baş tutsun,ardınca Brüsseldə, sonra Moskvada... Amma bu heç nəyi dəyişməyəcək. Qarabağ münaqişəsinin həllində söz sahibi Azərbaycandır. Qarabağ münaqişəsinin həllində imza sahibi Azərbaycandır, yekun imzanı Azərbaycan atacaq. Bu məsələdə qardaş Türkiyəni yanımıza alaraq, bu imzanı sonunda istədiyimiz şəkildə atacağıq. Düşmən artıq öz yerini, həddini bilir.

Sülh masasında da artıq düşmən addım-addım Azərbaycan tərəfinin sürətli şəkildə irəlləyişini görür. Sadəcə zamanı uzatmağa çalışır və bunun üçün də ümumtəsir xarakterli addımların Ermənistan siyasi rəhbərliyi tərəfindən də atıldığını görürük. Amma atılan addımlar, yaradılan maneələr əbəsdir”-deyən Cavanşir Abbaslı hesab edir ki, Türkiyədə seçki prosesi artıq başa çatıb. Andiçmə mərasimindən sonra Qarabağ münaqişəsinin həlli istiqamətində də qardaş Türkiyə, cənab Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ savaşında olduğu kimi mövqeyini bir daha nümayiş etdirəcək.

Abbaslı hesab edir ki, diplomatik masada aparılan danışıqlarda tərəflərdən birinin qardaş Türkiyə olacağı istisna deyil.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »