Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ilk böyük oyun tədbiri olan “Game Summit” üçün biletlər satışdadır
Azərbaycanda ilk böyük oyun tədbiri olan “Game Summit” üçün biletlər satışdadır

Azərbaycanda ilk böyük oyun tədbiri olan “Game Summit”, iyunun 11-də Bakı İdman Sarayının arenasında ölkənin geymerlərini, kospleyerlərini və bütün maraqlı və qeyri-adi istirahət sevən insanları toplayacaq! Hər bir ziyarətçi Azərbaycan və beynəlxalq kompüter, konsol və mobil oyunlar dünyasına qoşula biləcək, oyun tərtibatçıları ilə tanış ola biləcək.

Game Summit-də müxtəlif maraqlı və fərqli, simulyatorlar da daxil olmaqla, oyun turnirləri olacaqdır. İştirakçılar arasında ən yaxşı oyunçular müəyyən ediləcək.

Köhnə klassik oyunların atmosferini yenidən yaratmaq və oyun lövhələrində strateji döyüşlərdən həzz almaq üçün retro oyun və stolüstü oyun çempionatları da təşkil olunacaq. Keçmişin məşhur hit oyunlarını oynayıb, video oyunların tarixini yenidən yaşadacaq!

Tədbir çərçivəsində hər kəs unikal oyun təcrübəsi əldə edə biləcək və təşkil olunan VR zonada ən son virtual əyləncədən həzz ala biləcək.

Game Summit müasir oyun noutbukları və stolüstü kompüterlərlə təmin olunacaq ki, oyunçuların diqqəti əsas mövzudan – oyun oynamaqdan yayınmasın. Tədbirə gələn hər kəs istənilən turnirdə pulsuz iştirak edə biləcək və sərgidə təqdim olunan oyunları tamamilə ödənişsiz oynaya biləcək. İştirak etmək imkanı hər kəs üçün açıqdır və hər kəs yarışlarda gücünü və bacarığını sınaya biləcək.

Tədbirin mühüm hissəsi kospley müsabiqəsi olacaq, burada iştirakçılar oyunlar, anime, komikslər və gik mədəniyyətinin digər sahələrdən geyimlərini nümayiş etdirə biləcəklər. Tanınmış xarici kospleyer ustalığın sirlərini və zəngin təcrübəsini iştirakçılarla bölüşəcək. Kospleydə iştirak da hər kəs üçün açıqdır!

Tədbirin proqramına ziyarətçilərə unudulmaz emosiyalar və təəssüratlar bəxş edəcək K-Pop rəqsləri və kaverlər də daxildir.

Tədbirdə oyunlara, animelərə, komikslərə və ümumilikdə gik mədəniyyətinə aid müxtəlif aksesuarlar və suvenirlər əldə etmək imkanı olacaq.

Tarixin bir parçası olmaq və ölkədə ilk böyük oyun tədbirində iştirak etmək fürsətini qaçırmayın!

Qeyd edək ki, Bizimyol.info xəbər portalı "Game Summit" tədbirinin rəsmi media tərəfdaşıdır.

Tədbirə gəlmək üçün biletləri buradan əldə edə bilərsiniz: https://iticket.az/events/other/game-summit/90586

Son xəbərlər
Bütün xəbərlər »