İnanırım ki, Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri ilə zəlzələnin fəsadlarının aradan qaldırmasında da həmrəylik nümayiş etdirəcəyik.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Fövqəladə Zirvəsinin nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, TDT ölkələri Türkiyəyə yardım və axtarış-xilasetmə qrupları göndərən ölkələr arasında ilk sıralarda olublar.
Dost və qardaş ölkələrin də dəstəyi ilə zəlzələdə zərər görən şəhərlərimizin əvvəlki görkəmini bərpa edəcəyik.






