Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda şərab istehsalı azalıb, üstəlik, satılmır
Azərbaycanda şərab istehsalı azalıb, üstəlik, satılmır

Azərbaycanda şərabçılığın tarixi eramızdan əvvələ gedib çıxır. Məşhur tarixçi Herodot, səyyah Strabon bu barədə yazıb. Ötən əsrin 60-cı illərində Ağstafa rayonunda, Şomutəpə yaxınlığında arxeoloji qazıntılar üzüm toxumları üzə çıxarıb. Yerli üzüm növləri olan Ağ Şanı və Bayanşirə şərab istehsalında istifadə olunur. Bütün bunlara baxmayaraq, şərabçılığı da inkişaf etdirə bilməmişik.

Bizimyol.info bu sahə ilə bağlı dövlət proqramının tələblərinin yerinə yetirilməməsini yazmışdı. Məntiqi nəticə olaraq, həm stehsal, həm də ixrac göstəriciləri aşağı düşür. Məhsulu sözün əsl mənasında sata bilmirik. Anbarlarda qalan hazır üzüm şərabının miqdarı 600 min dekalitri keçib. Müqayisə üçün qeyd edək ki, 2026-cı ilin sonuna qədər uzağı bu qədər məhsul istehsalı gözlənilir. Yəni bir il ərzində istehsal olunacaq qədər məhsul anbarlarda yatır, sata bilmirik.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında cəmi 246,3 min dekalitr şərab istehsal olunub. Keçən ilin eyni dövrü ilə müqayisədə cüzi artım gözə dəyə bilər. Lakin daha əvvəlki illərin hesabatına nəzər salanda çox gerilədiyimizi görərik. Məsələn, 2024-cü ilin ilk yarısında istehsal 528 min dekalitr olmuşdu. Keçən ilin ilk altı ayında isə göstərici heç 300 min dekalitrə çatmamışdı. Elə bu il də fərqli nəticə gözlməyə dəyməz.

Azərbaycanda 12-13 il əvvəl şərab istehsalı yüksək dövrünə qədən qoymağa başlayıb. 2013-cü ildə 835 min dekalitrdən çox məhsul əldə edilib. Bir ilə rəqəm milyon dekalitri keçib. 2016-cı ildə 1 milyon 49 min dekalitr istehsal qeydə alınıb.

Bəs niyə ölkədə şərabçılığı inkişaf etdirə bilmədik? İdarəetmənin vacib rolu danılmazdır. Böyük ehtimalla infrastruktur və ixtisaslı kadr çatışmazlığı öz işini görüb. Beynəlxalq standartlara tam inteqrasiyaya olunmamağın nəticəsidir ki, məhsul anbarlarda qalır. Üzüm bağlarının ləng inkişaf etdirilməsini də bura əlavə etməliyik. Təəssüf ki, daha bir sahəni yarıtmadıq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »