Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: “İran mənim nəzarətim altındadır”
Tramp: “İran mənim nəzarətim altındadır”

ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt bəyanat verərək Tehranın “demək olar ki, bütün məsələlərdə geri çəkilməyə hazır olduğunu” iddia edib.

Bizimyol.info xəbər verir ki, o, bu fikirləri özünün "Truth Social" platformasında paylaşıb.

Tramp yazıb ki, İran hazırda ABŞ qarşısında “çətin vəziyyətdədir” və “son dərəcə zəif mövqedən” çıxış edir. Onun sözlərinə görə, Tehran illər sonra ilk dəfə Vaşinqtona və ABŞ prezidentinə “böyük hörmət” göstərir və kompromisə getməyə hazırdır.

ABŞ prezidenti həmçinin Konqres Senatını İrana qarşı hərbi əməliyyatların dayandırılması ilə bağlı simvolik qətnamə qəbul etdiyinə görə tənqid edib. O bildirib ki, bu addım onun siyasətinə mane olur və “Vaşinqtonun mövqeyini zəif göstərir”.

Tramp xüsusilə bəzi respublikaçı senatorları da sərt tənqid edərək onları “uğursuz” adlandırıb. O qeyd edib ki, bu qərar onun işini çətinləşdirsə də, başladığı siyasəti davam etdirəcək.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasında qəbul edilən qətnamə İrana qarşı hərbi əməliyyatların dayandırılmasına çağırış xarakteri daşıyır. Sənəd hüquqi qüvvəyə malik deyil və yalnız tövsiyə mahiyyəti daşıyır. Buna baxmayaraq, sənəddə ABŞ qoşunlarının İranla bağlı döyüş əməliyyatlarından çıxarılması və hərbi müdaxilənin yalnız Konqresin icazəsi ilə mümkün olması vurğulanır.

Beləliklə, ABŞ daxilində İrana münasibət və hərbi siyasət ətrafında siyasi gərginlik davam edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »