Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Belarusa cəbhəni genişləndirmək üçün təzyiq edir – iki mümkün ssenari müzakirə olunur
Rusiya Belarusa cəbhəni genişləndirmək üçün təzyiq edir – iki mümkün ssenari müzakirə olunur

Rusiya Belarus üzərində siyasi və diplomatik təzyiqləri gücləndirərək onu Ukraynaya qarşı müharibədə daha geniş rol almağa və hətta ərazisindən yeni hərbi əməliyyatlar üçün istifadə etməyə sövq edir.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri Rusiya və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Moskvanın Minskə təsirinin əsas kanallarından biri Belarusun özünü “prezident” elan etmiş Aleksandr Lukaşenko ilə Rusiyanın səfiri Boris Qrızlov arasında aparılan danışıqlardır.

Nəşr yazır ki, Rusiya Belarus ərazisindən Ukraynaya qarşı dron hücumlarının həyata keçirilməsi və cəbhə xəttinin qərb istiqamətində genişləndirilməsi kimi tələblər irəli sürür. Moskva hazırda iki əsas ssenarini nəzərdən keçirir: Belarusun Ukraynaya qarşı zərbələrin gücləndirilməsi üçün istifadə olunması və ya NATO ölkələrinə, xüsusilə Baltikyanı dövlətlər və Polşaya qarşı hibrid əməliyyatların həyata keçirilməsi.

"WSJ" qeyd edir ki, bu təzyiq kampaniyası Rusiyanın Ukraynanın şərqində hərbi çətinliklərlə üzləşdiyi və Ukrayna qüvvələrini yayındırmaq ehtiyacının artdığı dövrdə, bu ilin əvvəlində daha da güclənib.

Mənbələr bildirir ki, Belarus ərazisində Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi bu ölkəni Moskvanın planlarında mühüm aktora çevirir. Həmçinin keçmiş Rusiya kəşfiyyatçısına istinadla bildirilir ki, Moskva Belarusun əməkdaşlıqdan imtina etməsi halında maliyyə dəstəyinin azaldılması ilə hədələyir. Ukrayna tərəfi isə daha əvvəl Belarusun müharibəyə cəlb olunması ilə bağlı müzakirələrə dair ələ keçirilmiş sənədlərin mövcudluğunu açıqlamışdı.

Qərb liderlərinin də məsələni diqqətlə izlədiyi bildirilir. Xüsusilə Fransa Prezidenti Emmanuel Makronun may ayında Aleksandr Lukaşenko ilə telefon danışığında Belarusun münaqişəyə daha dərin cəlb olunmasının nəticələri barədə xəbərdarlıq etdiyi qeyd olunur.

Bununla belə, kəşfiyyat dairələri hazırda Belarus ərazisindən böyük miqyaslı hərbi əməliyyatın dərhal başlama ehtimalının az oluğunu düşünürlər. Bu imkanın daha çox NATO-nun reaksiyasını yoxlamaq və Qərbə təzyiq vasitəsi kimi saxlandığı vurğulanır.

Xatırladaq ki, Belarusun MDB-dəki daimi nümayəndəsi İqor Nazaruk Ukraynanın guya Belarus vətəndaşlarını daşıyan avtobusa hücum etməklə ölkəni müharibəyə cəlb etməyə çalışdığını iddia edib. Rusiya XİN başçısı Sergey Lavrov da oxşar bəyanatla çıxış edərək, lazım gələrsə “bütün tədbirlərin görülə biləcəyini” bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »