Adıyamanın Tut rayonunda leysan yağışı zamanı konteynerin sel sularına düşməsi nəticəsində 1 nəfərin ölüb, 3 nəfərin isə itkin düşüb.
Bizimyol.info xəbər verir ki, bunu Adıyamanın Gölbaşı mahalına koordinator təyin edilən Tokat valisi Numan Hatipoğlu bildirib.
Adıyaman və Gölbaşı mahalından dəstək qruplarının göndərildiyini vurğulayan Hatipoğlu: "Bəzi dəstək qruplarımız və alətlərimiz bura gəlir, bəziləri isə yolu təmizləyir. Hadisədə 1 vətəndaşımız həlak olub, 3 vətəndaşımız itkin düşüb. Komandalarımız axtarışlarını davam etdirir.
Digər vətəndaşlarla da əlaqə saxlamağa çalışırıq. Ümid edirik ki, vətəndaşlarımız ən qısa zamanda tapılacaq. Bu, həqiqətən də bütün bölgəyə dərindən təsir edən bir fəlakətdir. Vətəndaşlarımızın öz imkanları ilə tədarük etdikləri konteynerin sularda tutulması nəticəsində belə bir hadisə baş verib", - deyib.
AFAD-dan verilən açıqlamada: "Adıyaman vilayətinin Tut rayonunda bölgəyə həddindən artıq yağan yağışlar nəticəsində sel və daşqınlar baş verib. Adıyaman, Adana, Kahramanmaraş və Diyarbakır xilasetmə qruplarımız hadisə yerinə təyin edilib. Biz hadisələri izləyirik”, - deyə o bildirib.
AFAD, polis, jandarma və bələdiyyə qrupları su basma riski olan çadırları boşaltmağa davam edir. Adıyamanda itən 3 nəfərin eyni ailədən olduğu bildirilir.
Adıyaman Bələdiyyə Başçısı Süleyman Kılınç: "Son zamanların ən güclü yağışı düşdü. Aldığımız məlumatlara görə, Tut qəsəbəmizdə 1 nəfər itki, 3 itki var. Çadırlarda problem var, evakuasiya işlərinə davam edirik. Mərkəzdə heç bir can itkisi qeydə alınmayıb.
Keçən il istifadəyə verdiyimiz kanal şəhərin qorunub saxlanmasında mühüm rol oynadı. Risk yaradan çadırları boşaltdıq. Fərdi çadırların olduğu yerdə ciddi problemlər var”, - deyə qeyd edib.
Kahramanmaraş mərkəzli zəlzələlərdən təsirlənən Adıyamanda dünən gecə intensivliyi artan və səhər saatlarında davam edən yağışın mənfi təsirlərinə məruz qalmaması üçün bəzi çadırlar boşaldılıb.
Görülən tədbirlərə baxmayaraq, şəhərdə səhər saatlarından başlayan leysan yağışı səbəbindən magistral yollarda gölməçələr əmələ gəlib. Dağıntıların təmizlənməsi işlərinə də təsir edən leysan bəzi küçələrdə qurulan çadırları sular altında qoyub.
Bələdiyyə qrupları Yeni Sənaye Məhəlləsindəki Koruparkda qurulan bəzi çadırlarda vətəndaşları su basma riski səbəbindən konteynerlərə və yataqxanalara təxliyyə edib.
Qadir, Bizimyol.info






