Azərbaycan Gənclər Fondunun üzvləri yaraları sağaltmaq üçün mübarizə aparır. 100 azərbaycanlı “könüllü” zəlzələdən sonra xilas edilən uşaqlarla oyunlar oynayır, onları əyləndirməyə çalışırlar.
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Azərbaycanın axtarış-xilasetmə qrupları zəlzələnin ilk günündən bölgəyə gələrək dağıntılar altında qalan ərazilərdə axtraış-xialsetmə əməliyyatları keçirirlər.
Məlumatda bildirilib ki, Türkiyədə baş verən zəlzələdən sonra beynəlxalq yardım çağırışına ilk cavab “can” qardaş Azərbaycandan gəlib. Azərbaycanın yardımı təkcə axtarış-xilasetmə qrupları ilə məhdudlaşmayıb.
Azərbaycan Gənclər Fondunun üzvü olan 100 azərbaycanlı gənc “Bir yumruq, bir ürək, bir can” şüarı ilə zəlzələnin episentri Kahramanmaraşda yaraları sağaltmağa çalışır. Yardım vasitələrini daşıyan, uşaqlarla oyun oynayıb gülən, bəzən də zəlzələ qurbanları ilə qucaqlaşıb ağlayan gənclər yaralara məlhəm olur.
Azərbaycan gəncliyi bir daha bütün dünyaya göstərir ki, biz iki dövlət, bir millətik. Azərbaycan Gənclik Fondu Qarabağda onlarla birlikdə olan Türkiyə Gənclik Fondu (TÜGVA) ilə birgə çalışır və qardaş Türkiyəyə qardaşlıq borcu kimi dəstək olurlar.
İlahin, Bizimyol.info






