Prezident Ərdoğan tərəfindən Türkiyənin Vatikanda səfiri təyin edilən Ufuk Ulutaş Papaya etimadnamə təqdim etməsi səbəbilə dünən Papa Sarayında keçirdiyi görüş brədə danışıb.
Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, səfir Ulutaş Roma Papası Fransisk ilə görüşdə Türkiyədə 38 mindən çox insanın ölümünə səbəb olan zəlzələlər, Ukrayna müharibəsi və Türkiyə-Vatikan münasibətləri başda olmaqla bir çox mövzuları müzakirə etdiklərini bildirib.
Ulutas: “Təəssüf ki, bu, faciəli hadisədən sonra ehtimadnaməni Roma Papasına çatdırmalı oldum. Yaşadığımız əsrin fəlakətinin ağrı-acısına son qoymağa çalışdığımız bu günlərdə bu məktubu çatdırmaq imkanım oldu. Təbii ki, görüşümüzün mühüm bir hissəsi Papanın həm Türkiyəyə, həm də türk millətinə, başda prezidentimizə başsağlığı mesajı ilə keçdi. Bu baxımdan Vatikanın dünyaya yayılmış təşkilatları ilə Türkiyəyə hər cür dəstəyi verməyə hazır olduğu fikrini ifadə etdi”, - deyə qeyd edib.
Papanın bu mövzuda müvafiq qurumlara hərəkətə keçməsi üçün göstəriş verdiyinə diqqət çəkən Ulutaş, etimadnaməni təqdim etdikdən sonra yardımdan məsul bir kardinalın dərhal onunla əlaqə saxladığını və dəstək verə biləcəkləri sahələr barədə soruşduğunu bildirib.
Səfir Ulutaş etimadnaməni təqdim etdiyi mərasimdə Papanın səfirlik olaraq açdıqları başsağlığı kitabını da imzaladığını bildirib: “O, gözəl, isti, qısa mesaj paylaşdı. “Bu ağrılı anda fikrim və dualarım soylu türk xalqının yanındadır. Əziz qardaş və bacılar, mən sizin yanınızdayam və dua edirəm. Sizi qardaşlıq hissləri ilə salamlayıram. Francis",- qeyd edib”, - deyə səfir bildirib.
Qadir, Bizimyol.info






