Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıdan Türkiyəyə 135 TIR yardım göndərilib
Bakıdan Türkiyəyə 135 TIR yardım göndərilib

Fevralın 6-da Kahramanmaraşda baş verən və ətraf vilayətlərdə böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra Azərbaycandan Türkiyəyə yardım kampaniyaları davam edir.

Türk iş adamlarının Azərbaycanda qurduğu “Türkiyə Əsri Birlik və Dayanışma Platforması”nın Türkiyədə zəlzələdən zərərçəkmişlərə dəstək məqsədi ilə başlatdığı kampaniya çərçivəsində Türkiyəyə ümumilikdə 135 yük maşını, göndərilib. Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, qida və içkilərdən ibarət 26 vaqon humanitar yardım isə, sabah dəmir yolu ilə yola çıxacaq.

“Türkiyə Əsri Birlik və Həmrəylik Platformasının” üzvü olan iş adamı Ramazan Karaşahin yardımların davam edəcəyini bildirib. “Hazırda ən çox ehtiyac duyulan quru qidadır. Buradan Azərbaycandakı bütün soydaşlarımıza səslənirik. Xüsusilə quru yeməyə üstünlük verin. Paltardan çox quru qida və istilik sistemlərinə ehtiyac var. Kampaniyamızı Heydər Əliyev İdman Kompleksində davam etdiririk. Bu kampaniyanın müddəti hazırda məlum deyil. Amma biz bunu imkanlar daxilində bacardığımız qədər uzadacağıq”, - deyə o bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev adına İdman Kompleksindən 135 TIR yardım göndərilib. Bölgəyə çatan 101 TIR paylanılıb. “Yardımlar AFAD-a çatdırılır. AFAD-ın anbarından da paylanılır. Onlar bölgəyə göndərilir, həmin bölgədə paylamanı müşayiət edir və insanlarla dialoq aparırlar. Oradakı mövcud ağır vəziyyəti bizimlə bölüşürlər"-deyə o bildirib.

Yardım kampaniyasına 6 minə yaxın uşaq bezi bağışlayan İlqar Məmmədov isə bildirib ki, Türk və Azərbaycan millətini bir-birindən ayırmaq olmaz. “Türkiyədəki qardaşlarımız üçün yardım gətirdik. Kampaniyaya Türkiyə və əziz qardaşlarımızın yanında olmaq, onlara kömək etmək üçün qoşulmuşuq. Kədərimdən danışa bilmirəm. Biz onların əzablarının ortağıyıq. Allah hamısına kömək olsun”, - deyə o bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »