Kahramanmaraşda yıxılan binalarla bağlı aparılan istintaq çərçivəsində barəsində həbs qərarı çıxarılan podratçı qayıqla xaricə getmək istəyərkən Muğlanın Marmaris mahalı sahillərində yaxalanıb.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğla İl Təhlükəsizlik Müdirliyi Kahramanmaraş bölgəsində podratçı işləyən və Kahramanmaraş məhkəməsi tərəfindən həbs qərarı verilən Məsud Başkırın dəniz yolu ilə ölkədən qaçmağa cəhd edə biləcəyi barədə məlumat verdikdən sonra Sahil Mühafizə Komandanlığı qrupları hərəkətə keçib.
Dalyan, Ekincik, Marmaris dənizi və Yeşilova Körfəzlərinə nəzarət edən qruplar, gecə saatlarında Marmarisin Alaburun qərbində bir yelkənli qayığı təsbit edərək dayandırıb.
Barəsində "ehtiyatsızlıq nəticəsində ölümə və ya yaralanmaya səbəb olmaq" maddəsi ilə həbs qərarı olan Məsut Başkır katamaran tipli qayıqda aparılan axtarış zamanı orada olduğu müəyyən edilib və o saxlanılıb.
Muğla Vilayət Təhlükəsizlik Xidmətinə təhvil verilən şübhəli, əməliyyatlardan sonra Kahramanmaraşa göndərilib.
Adanada zəlzələ nəticəsində dağılan binalarla bağlı aparılan istintaq çərçivəsində nəzarətə alınan 5 şübhəli həbs edilib.
Bizimyol.info






