Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə Tək Ürək" yardım kampaniyasında rekord həddə ianə toplanıb
"Türkiyə Tək Ürək" yardım kampaniyasında rekord həddə ianə toplanıb

"Türkiyə Tək Ürək"in birgə yayımında məşhur serial və proqramların simaları AFAD və Kızılaya ianə toplayıb. İş adamlarından tutmuş, pullarını kumbaralarında bağışlayan uşaqlara qədər milyonlarla insanın qatıldığı kampaniyada rekord həddə ianə toplanıb.

Bizimyol.info xəbər verir ki, Kanal D, TRT1, ATV, FOX, Kanal 7, Show TV, Star başda olmaqla 213 yerli və xarici televiziya kanalı və 562 radioda yayımlanan “Türkiyə Tək Ürək” adlı kampaniya ilə bağlı yayımlanan verilişin aparıcıları Nihat Hatipoğlu, Pelin Çift, Çağla Şikel, Tümer Doğru, Nazlı Çelik, Acun Ilıcalı, Didem Arslan Yılmaz və Deniz Bayramoğlu olub.

Kampaniyaya telefonla qoşularaq açılış nitqi ilə çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan: "Bu sınaqdan birlikdə çıxacağıq. Nazirlər Kabinetinin iclasında 136 milyon 589 lirə yardım topladıq. Bizim də töhfəmiz var. AFAD-ın hesabına gələn hə qəpiyi zəlzələ qurbanlarımız üçün istifadə ediləcək", - deyib.

Türkiyədən və xaricdən milyonlarla insan büdcələri daxilində ianə toplama kampaniyasına töhfə verdi.

Dünən axşam saat 20:00-da başlayan və 02:00-da başa çatması planlaşdırılan təşkilat ianə çağıranların yüksək tələbi ilə uzadılıb. Kampaniya zamanı telefonla edilən ianələrdə 115 milyard 146 milyon 528 min lirə, 9 milyondan çox SMS ianələrində isə milyonlarla lirə toplanıb.

Məşhur serial və proqramların simalarının topladığı ianələr AFAD və Kızılaya bağışlanacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »