Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev bu gün Ankarada Türkiyənin vitse-prezidenti Fuat Oktayla görüşüb.
Bu barədə APA-ya TDT-dən bildirilib.
Baş katibi dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları yolladığını, eyni zamanda, humanitar yardımlar göndərdiklərini və dəstək mesajları ilə qardaş Türkiyənin kədərinə şərik olduqlarını diqqətə çatdıraraq dəstəyin davam edəcəyini vurğulayıb.
Fuat Oktay səfərinə görə Baş katibə təşəkkür edib. O, Türk dünyasının dəstəyinin Türk xalqı üçün çox əhəmiyyətli olduğunu və çətin günləri geridə qoymaq üçün Türkiyəyə güc verdiyini bildirib.






