Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə zəlzələdən zərərçəkənlər üçün ortaq canlı yayımda yardım toplanılacaq
Türkiyədə zəlzələdən zərərçəkənlər üçün ortaq canlı yayımda yardım toplanılacaq
Azərbaycan Televiziyası və Azərbaycan Radiosu Türkiyənin və Şimali Kiprin televiziya kanalları və radioları ilə birlikdə ortaq yayım edəcək.

Bizimyol.info kanala istinadən xəbər verir ki, Televiziya kanallarının ortaq yayımı “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində təşkil ediləcək.

Bu yayıma AzTV və Azərbaycan Radiosu da qoşularaq öz dəstəyini verəcək, eyni zamanda Azərbaycan xalqına, dünya azərbaycanlılarına zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət ediləcək.

Yayım zamanı yığılan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

Türkiyənin Radio və Televiziya Şurasının (RTÜK) təşəbbüsü ilə ərsəyə gələcək ortaq yayım bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər
Bütün xəbərlər »