Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST Türkiyə zəlzələsini "əsrin fəlakəti" adlandırdı
ÜST Türkiyə zəlzələsini "əsrin fəlakəti" adlandırdı

Ümumdünya Səhiyyə Təşkilatı bir həftə əvvəl Türkiyə və Suriyada baş verən güclü zəlzələləri Avropada əsrin ən dəhşətli təbii fəlakəti adlandırıb.

Bizimyol.info Rusiya mətbuatına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge deyib ki, hələ zəlzələnin real ziyanı hesablanmayıb.

“Biz hələ fəlakətin miqyası barədə öyrənməmişik”-deyən Kluge bildiirb ki, Türkiyədə 31 mindən çox, Suriyada isə 5 minə yaxın ölüm təsdiqlənib və bu rəqəm artmaqda davam edir. Hər iki ölkədə ən azı 26 milyon insanın humanitar yardıma ehtiyacı var. ÜST zəlzələdən zərərgörənlərə yardım edilmısi üçün 43 milyon dollarlıq müraciət ünvanlayıb.

Amma bu məbləğ artırıla bilər. "Yaxın günlərdə böhranın miqyasını və humanitar ehtiyacları daha yaxşı öyrənəcəyik və bu məbləğ ən azı iki dəfə artırıla bilər", - Kluge bildirib. ÜST qeyd edir ki, təbii fəlakət zonalarında su təchizatının pozulması və antisanitar şəraitin hökm sürməsi ilə yoluxucu xəstəliklərin yayılması ilə bağlı narahatlıq artır.

Türkiyə rəsmilərinin məlumatlarına görə, 80.000-ə yaxın insan xəstəxanalardadır. "Biz 75 illik tariximizdə ÜST-nin Avropa Regionunda ən böyük təcili yardım maşınlarının yerləşdirilməsinə başladıq. Həmin maşınlar dağılmış xəstəxanaları əvəz edir”-deyə Kluge əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 9 saat fasilə ilə 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Zəlzələdən sonra baş verən yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 10 əyalətində və qonşu dövlətlərdə hiss olunub.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »