Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbul böyük zəlzələyə hazırdırmı?
İstanbul böyük zəlzələyə hazırdırmı?

Dünya tarixinin ən böyük zəlzələlərindən birini yaşamış Türkiyə üçün səfərbər edilib. Bir çox ölkə bu çətin dövrdə Türkiyənin yanında olarkən, dünya mətbuatı zəlzələdən zərər çəkmiş şəhərlərdə baş verənləri anbaan oxucularına çatdırır.

Bizimyol.info xəbər verir ki, bölgədəki hadisələri yaxından izləyən Əl-Cəzirə mütəxəssislərə “İstanbul böyük zəlzələyə hazırdırmı?” sualını verib. Mütəxəssislər isə sualı cavablayıb və atılacaq addımları açıqlayıb.

Yıldız Texniki Universitetinin geologiya professoru Şükrü Ersoy mövzu ilə bağlı açıqlama verən zaman bildirib ki, tarixi məlumatlar Mərmərə dənizinin altındakı qırılma xəttində zəlzələnin qaçılmaz olduğunu göstərir.

“Araşdırmalardan Şimali Anadolu Fay xəttinin hər il nə qədər hərəkət etdiyini bilirik. Qırılma xəttinin hərəkəti zəlzələyə səbəb olacaq xəttdə gərginliyə səbəb olacaq”, -deyə Şükrü Ersoy bildirib. Geologiya Mühəndisləri Palatasının sədri Hüseyn Alan açıqlaması zamanı açıq bir şəkildə “bizdə olan məlumatlara görə, İstanbulda 7 və daha çox zəlzələ gözlənilir” ,- deyə vurğulayıb.

İstanbulun köç səbəbiylə şaquli arxitekturaya keçdiyini vurğulayan Ersoy “bu hündür tikililər Mərmərə dənizinin altında olması gözlənilən zəlzələdən təsirlənə bilər” ifadəsini işlədib.

“Mərmərə dənizinin altındakı qırılma xətti bir il ərzində 7 bal gücündə iki zəlzələ yaratmaq gücünə malikdir. Bunu 1999-cu ildə Kocaeli və Düzce zəlzələlərində də gördük”,- deyə o, əlavə edib.

Şimali Anadolu fay xəttinin Avrasiya və Anadolu plitələrini ayırdığını və Mərmərə dənizindən İstanbulun cənubuna keçdiyini vurğulayan Əl-Cəzirə, “nə edilə bilər?” sualına da cavab axtarıb.

“Zəlzələyə hazırlıq həm İstanbulda, həm də Türkiyədə ən vacib layihə olmalıdır. İstanbulda zəlzələ hazırlığına indidən başlamalı, tez başlamalı və bütün resursları səfərbər etməliyik”,-deyə Yıldız Texniki Universitetinin geologiya professoru Şükrü Ersoy qeyd edib.

Geologiya Mühəndisləri Palatasının sədri Hüseyn Alan isə İstanbul üçün hərtərəfli zəlzələ fəaliyyət planının qüvvəyə minməli olduğunu və şəhərin dövlət idarələri, xəstəxanalar, hərbi bazalar və yanğınsöndürmə briqadalarının güclü zəlzələdən sonra fövqəladə hallara cavab verməyə hazır olması üçün kritik infrastrukturun gücləndirilməsinin lazım olduğunu bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »