Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəlzələdən sonra 9 min nəfərin axtarışına başlanılıb
Zəlzələdən sonra 9 min nəfərin axtarışına başlanılıb

Prezident Rəcəb Tayyib Ərdoğan episentri Kahramanmaraşın Pazarcık rayonunda olan və 10 vilayətdə baş verən 7,7 bal gücündə zəlzələ ilə bağlı açıqlama verib.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan zəlzələ zamanı qeydə alınan təlafat və dağıntılarla bağlı açıqlamasında bildirib ki, zəlzələ bölgəsində bir çox binada dağıntılar araşdırıldığı üçün ölən və yaralananların sayının nə qədər artacağı məlum deyil.

Xatırladaq ki, bu gün saat 04:17-də keçən əsrdə yaşadığımız 1939-cu il Ərzincan zəlzələsindən sonra ən böyük fəlakət baş verib. 7,4 bal gücündə zəlzələ geniş ərazidə hiss olunub. Hazırda 9 min nəfərin axtarış-xilasetmə işləri davam edir.

Zəlzələ zamanı 912 nəfər həyatını itirib, 5385 nəfər yaralanıb. Xilas edilənlərin sayı 2470 nəfərə çatıb. Dağılan binaların sayı isə 2812-dir. Beynəlxalq yardım üçün Türkiyə ilə əlaqələr qurulmağa başlanıb. NATO və Aİ-dən başqa 45 ölkədən də yardım təklifi edilib.

Yeri gəlmişkən, Böyük Britaniyada yerləşən Reuters xəbər agentliyi Türkiyədə baş verən və bir çox ölkədə dağıntılara səbəb olan zəlzələnin xəritəsini dərc edib. Xəritədə zəlzələdən təsirlənən bölgələr fərqli rəng tonlarında qeyd edilib. Tünd qəhvəyi rənglə işarələnmiş yerlərdə zəlzələnin intensiv şəkildə hiss edildiyi bildirilib. İşarələnmiş rəngin tündliyi azaldıqca zəlzələnin təsiri də azalıb. Paylaşılan xəritədə zəlzələnin bir çox şəhər və ölkəyə təsir etdiyi göstərilib.

Zəlzələnin Kipr və Suriyada da hiss olunduğu bildirilib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »