Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə seçkilərini "pusqu"da gözləyən Qərb: Rusiyaya qarşı plan niyə dondurulub...
Türkiyə seçkilərini "pusqu"da gözləyən Qərb: Rusiyaya qarşı plan niyə dondurulub...
Qərb mediası Türkiyədəki seçkilərin bu il dünyanın ən mühüm seçkiləri olduğunu iddia edir. Bu iddianın kökündə nə dayanır? Türkiyədə seçkilər Qərb sistemi üçün niyə bu qədər vacibdir?

Bu suala düzgün cavab vermək üçün Türkiyənin daxili siyasətinə bir qədər kənardan baxmaq kifayət edir. Türkiyədə seçkilər ilk növbədə dünya üçün önəmlidir. Çünki dünyanın axarının necə yönləndiriləcəyi, bir qədər də yaxın 5 il ərzində bu ölkədə hansı gücün hakimiyyətdə olacağından asılıdır. Türkiyədə iqtidar dəyişikliyi qlobal güc balansında böyük parçalanmaya səbəb ola bilər.

Rusiya-Ukrayna müharibəsi yeni dünya müharibəsinin qapılarını açdı. Bununla belə, müharibə hələ də regional səviyyə ilə məhdudlaşır. Buna səbəb isə Avropanı Rusiyaya qarşı NATO çətiri altında mövqeləndirən ABŞ-İngiltərə ittifaqının Türkiyəni öz tərəfinə çəkə bilməməsidir. Prezident Ərdoğan isə yeni dünya müharibəsinə səbəb olacaq planların bir parçası olmaqdan yayınmağa davam edir.. Ona görə də Qərb alyansı indi nəfəsini tutub, mayın 14-də keçiriləcək seçkiləri gözləyir. Kim prezident Ərdoğana qalib gəlsə, ABŞ-İngiltərə və NATO ittifaqı üçün “qələbə” əldə edilmiş olacaq. Belə ki, Türkiyə Ərdoğanın qlobal güc rəqabətində qurduğu balansdan tez bir zamanda çıxarılacaq və Qərb ittifaqının müharibə planlarına uyğunlaşdırılacaq.

Bundan sonra nə olacağını görmək üçün isə yəqin ki, kahin olmağa ehtiyac yoxdur: dünya qlobal güc mərkəzlərinin “tikansız gül bağçası”na çevriləcək. Rusiyaya qarşı ehtiyatlı davranan, müharibə planlarını müvəqqəti olaraq donduran Qərb ittifaqının qanlı siması dərhal özünü büruzə verəcək.

Bir sözlə, Qərbin Türkiyədə baş tutacaq seçkiləri gözləməsi ağlabatan deyil. Mayın 14-ü qlobal güc balansına təsir edəcək bir seçki olacaq. Bir neçə ay sonra Türkiyədə baş tutacaq prezident seçkiləri həm də dünyanın gedişatına rəhbərlik edəcək. Türkiyə üçün bu, həm də “tale” seçimi olacaq.

Bunlarla yanaşı, təbii ki, öz növbəsində Yunanıstanın siyasi rəhbərliyi də Türkiyədə baş tutacaq seçkiləri diqqətində saxlayır. Seçkilərə az bir müddət qalmış Yunanıstanın nəzarətində hesab olunan adalarda (hansı ki, həmin adaların silahsızlandırılması barədə Türkiyə-Yunanıstan arasında tarixi müqavilə də imzalanıb) böyük hərbi hissələrin, o cümlədən ABŞ-a məxsus silahlı qüvvələrin sayının artırılması, Qərbin, eləcə də onun dəstəklədiyi Yunanıstanın Türkiyəyə qarşı böyük planlarından xəbər verir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »