Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kumon metodu nədir və necə tətbiq edilir?
Kumon metodu nədir və necə tətbiq edilir?

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Yaponiyanın Kumon Şirkəti və Zirvə Liseyi arasında rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanıb. Bizimyol.info xəbər verir ki, Kumon metodu Azərbaycanda ilk dəfə Zirvə Liseyində tətbiq olunacaq. Metod dünyanın 60-dan çox ölkəsində tətbiq olunur. Metodun əsasında uşaqların riyaziyyatı müasir texnologiya ilə müəllim və şagird arasında qarşılıqlı öyrənmə üsulu dayanır. Tədbirdə Yaponiyanın Azərbaycandakı Səfiri Vada Cuniçi, Kumon Şirkətinin nümayəndəsi Masaki Tsuda, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, Zirvə Liseyinin direktoru Xəzər Babayev, eləcə də Zirvə Liseyinin müdir müavini Yaşar Zeynalov iştirak edib.

Nədir Kumon metodu?

Kumon metodu Yapon metodudur. Uşaqlara oxumağı və riyaziyyatı öyrədir.

“Alternativ təhsil metodu olmaqla yanaşı təhsil alanlarda əlavə vərdişlər yaradır. Fərlqi metodlar var bu da onlardan biridir. Vacib məqamlardan biri odur ki, bu metod şagirdlərə dərsi sevdirərək öyrədir. Bunun məğzində də əslində bu durur”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Təhsil Nazirliyi yanında ictmai şuranın üzvü İlqar Orucov bildirib ki, Bu metod Yapon fəlsəfəsinə söykənən bir metoddur. Təbii ki, insan bir məşğuliyyəti sevmirsə, o istiqamətdə fəaliyyəti səmərəli olmur. Ekspertin sözlərinə görə, bu bütün təhsil səviyyələrində istifadə edilən bir metoddur. Kumon metodu zamanı şagirdlərə xüsusi testlər təqdim edilir. Bu testlər vasitəsilə ilə şagirdlərdə motivasiya yaradılır və bu testlər vasitəsilə şagirlərdə qiymətləndirmə aparılır. Bir səviyyə mükəmməl şəkildə başa çatdırılmadıqda növbəti səviyyəyə keçirilmir.

İlqar Orucov İlqar Orucov

“Metod, alternativ və faydalı metoddur. Metod faydalı olmasa, bu metoddan fərlqi ölkələrdə istifadə olunmazdı” - deyən İlqar Orucov hesab edir ki, Azərbaycanda belə fərqli tədris metodların tətbiqi vacibdir. Şagirdlərə fərdi yanaşma, eyni zamanda onların bacarıqlarının üzə çıxarılması baxımından ayrı-ayrı metodların tətbiqi çox faydalıdır.

“Bəzən olur ki, bir metod özünü doğrultmur.Əslində bu müəllimin peşəkarlığından çox asılıdır. Müəllim bu metodları bildiyi zaman təbii ki, o tədrisi daha effektiv şəkildə qura bilir. Və şagirdlərə, təhsil alanlara fərdi yanaşmanı ortaya qoya bilir. Ola bilər ki, bir metodla şagird fənni yaxşı mənimsəyə bilməz. Amma ona alternativ metod tətbiq olunan zaman təbii ki, bu daha effektiv olur və daha uğurlu nəticə əldə etmək olur”- deyə ekpsert vurğulayıb.

Xatırladaq ki, Kumon metodu 1954-cü ildə Toru Kumon tərəfindən yaradılıb. Yapon müəllimi Kumon ilk olaraq riyaziyyatı yaxşı öyrənə bilməyən oğluna kömək etmək üçün proqram hazırlayıb. Daha sonra oxu və dil proqramı yaradaraq mövcud sistemi ərsəyə gətirib. Kumon qəti şəkildə inanırdı ki, hər bir uşaq öz təbii istedadlarını inkişaf etdirməklə öz potensialını tam şəkildə istifadə edə bilər. Buna görə də uşaqların öz imkanlarını maksimum dərəcədə artıra bildiyi bir öyrənmə sisteminə ehtiyac var idi.

  • Kumon metodunun faydaları nədir?

Bu üsul uşaqlara riyaziyyat və dilin əsas anlayışları üzrə ixtisaslaşmağa imkan verir. Konsentrasiyanı, təşkilatçılığı və öyrənmə vərdişlərini yaxşılaşdırır. Uşaqların potensialını inkişaf etdirir. Özünə inamı və nizam-intizamı artırır. Uşaqlar bu üsulla motivasiya və məmnunluq hiss edirlər.

Kumon metodu riyaziyyat üçün tətbiq olunan üsul toplama, çıxma, vurma və bölmə kimi əsas məşqlərin təkrarlanmasını nəzərdə tutur. Uşaq yuxarı səviyyəyə çatana qədər bu məşqlər tədricən daha mürəkkəbləşdirilir. Digər tərəfdən, dil öyrənmədə məşqlər daha çox oxuma və söz formalaşması ilə bağlıdır.

Qeyd edək ki, Kumon metodunda müəllim şagirdi öz kəşflərini etmək üçün müşayiət edən bələdçi kimidir. Bu metodun əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onu tətbiq etməyə başlamaq üçün müəyyən edilmiş yaş yoxdur. Uşaqların mümkün qədər tez başlaması tövsiyə edilsə də, istənilən vaxt başlana bilər. Bu üsul uşaqlıqdan universitet təhsilinə qədər uşağın potensialını inkişaf etdirmək üçün istifadə edilə bilər.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Son xəbərlər
Bütün xəbərlər »