Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail Türkiyəyə səfər xəbərdarlığını daha da sərtləşdirib
İsrail Türkiyəyə səfər xəbərdarlığını daha da sərtləşdirib

İsrail İranın mümkün qisas hücumlarına görə Türkiyədəki vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışını davam etdirir.

Bizimyol.info xəbər verir ki, ölkənin aparıcı media orqanlarından olan “Times of Israel”in xəbərinə görə, İsrail təhlükəsizlik qüvvələri ötən həftə İstanbuldakı otellərindən İsrail vətəndaşlarını təxliyə edib. İddialara görə, təxliyə edilən İsrail vətəndaşları silahlı iranlılar tərəfindən qaçırılmaq və ya öldürülmək niyyəti ilə axtarışda olublar.

Təxliyə xəbərindən sonra İsraildən qalmaqallı qərar gəlib. İsrailin Milli Təhlükəsizlik Şurası Türkiyəni Əfqanıstan və Yəmən kimi müharibədən əziyyət çəkən ölkələrlə bərabər tutaraq ən ciddi səyahət xəbərdarlığını edib. Türkiyə də İsrailin ən böyük probleminin olduğu İranla eyniləşdirilib.

İsrailin Türkiyə hakimiyyətinə təhlükəni daxildən həll etmək şansı vermək üçün xəbərdarlıqları bir müddət gecikdirdiyi də irəli sürülüb. “The Times of Israel” bu xəbərdarlıqların və Türkiyəyə səyahət məhdudiyyətlərinin Türkiyə-İsrail münasibətlərinin normallaşma prosesi zamanı gəldiyinə diqqət çəkib.

Xatırladaq ki, bu ilin əvvəlində İsrail prezidenti İsaak Hersoq həmkarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və xatırladıb ki, ötən ay Türkiyə xarici işlər naziri israilli həmkarı Yair Lapidlə görüşmək üçün Qüdsə gedib.

Mövzu ilə bağlı açıqlama verən İsrail Baş naziri Naftali Benet "Türkiyə təhlükəsizlik qüvvələri ilə birlikdə həyata keçirilən əməliyyat səyləri öz bəhrəsini verdi" deyə bildirib. "İsrail Dövlətinin təhlükəsizlik qüvvələri bu hücumların qarşısını almaq və onların operatorlarını zərərsizləşdirmək üçün əllərindən gələni edir. Biz vətəndaşlarımızı qorumaq üçün dünyanın istənilən yerində İsrail dövlətinin gücündən istifadə etməkdən çəkinməyəcəyik”,- deyə Benet bildirib.

İran hücrələrinin çoxunun İsrail və Türkiyə qüvvələri tərəfindən zərərsizləşdirildiyi bildirilsə də, zaman keçdikcə İsraildən gələn xəbərdarlıqlar daha dəhşətli olub. Belə ki, cümə günü İsrail Türkiyədəki vətəndaşlarını otel otaqlarında kilidlənməyə və hətta xidmət personalı və çatdırılma işçiləri üçün belə qapıları açmamağa çağırıb.

İsrailin "Walla" xəbər saytının xəbərinə görə, xəbərdarlıqlara baxmayaraq 13 iyunda 3 min 750 adam 21 təyyarə ilə İsraildən Türkiyəyə yola düşüb. İsrailli ekspertlər də bütün bu xəbərdarlıqlara baxmayaraq, İsrail vətəndaşlarının Türkiyəyə səfərlərini davam etdirdiklərini vurğulayıblar.

Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Korpusunun yüksək səviyyəli simalarından olan polkovnik Həsən Seyid Xodainin ötən ay evinin qarşısında silahlı hücumda həlak olmasından sonra İsrail rəhbərliyi İranın mümkün hücumlarına görə vətəndaşlarına Türkiyəyə getməmələri barədə xəbərdarlıq edib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »