Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köhnə münaqişələr yenidən alovlanır? - Bölgə üçün kritik xəbərdarlıq
Köhnə münaqişələr yenidən alovlanır? - Bölgə üçün kritik xəbərdarlıq

“İran-İsrail müharibəsində Benyamin Netanyahunun vəziyyətin onun əleyhinə inkişaf etməsini öz xeyrinə çevirmək məqsədilə regionda bütün mümkün vasitələrə əl atdığı görünür. Bununla o, hakimiyyətdən getməzdən əvvəl bölgədə çıxılmaz və mürəkkəb bir vəziyyət formalaşdırmağa çalışır. Xüsusilə İsrail-Azərbaycan münasibətləri fonunda İran-Azərbaycan və Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı müəyyən suallar yaransa da, həm İran, həm də Türkiyə İsrailin mövqeyini yaxşı bildikləri üçün Netanyahunun siyasəti səbəbindən Azərbaycanla münasibətlərdə hər hansı mənfi vəziyyətin yaranmasına imkan verməməyə çalışdılar.

  • Bununla belə, Netanyahu demək olar ki, hər fürsətdə İsrail-Azərbaycan münasibətlərindən bölgədə siyasi alət kimi istifadə edərək mövqeyini gücləndirməyə cəhd göstərirdi.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay bildirib ki, İran-ABŞ danışıqları prosesində Türkiyənin səssiz diplomatiya vasitəsilə Vaşinqtonu danışıqlar masasına gətirməsi və bu görüşlərin nəticəsində İsrailin Baş naziri Benyamin Netanyahunun müəyyən güzəştlərə getməyə məcbur qalması onu son bir gediş etməyə sövq etdi. O, bütün imkanlardan istifadə edərək bölgədə yeni gərginlik və qarışıqlıq yaratmağa çalışdı.

“Köhnəlmiş və əsassız iddialarla gündəmdə qalmağa, siyasi ömrünü uzatmağa çalışan Netanyahu fonunda Azərbaycan vəziyyətin fərqinə vararaq Xarici İşlər Nazirliyi səviyyəsində İsrailin qəbul etdiyi qərara operativ şəkildə reaksiya verdi. Türkiyə isə Azərbaycanın İsraillə bağlı mövqeyini yenidən nəzərdən keçirəcəyini bildiyi üçün bu məsələnin üzərində çox dayanmağa ehtiyac duymadı”-deyən politoloq bildirib ki, İsrailin qəbul etdiyi qərarın Cənubi Qafqazda geosiyasi tarazlığı dəyişdirəcəyi gözlənilmir. Türkiyənin Azərbaycan-Ermənistan-Türkiyə xəttində hər hansı ön şərt olmadan sülh prosesinin sürətlə başa çatdırılmasını istəməsinin səbəbi də bu hadisələr fonunda daha aydın görünür. Çünki bölgədə uzun illərdən qalan problemləri gələcəkdə istənilən xarici və ya imperialist güc yenidən alətə çevirərək sabitliyi poza bilər. İsrail nümunəsi də göstərir ki, bu cür köhnə münaqişələrdən geosiyasi məqsədlər üçün istifadə etmək cəhdləri istisna deyil.

Məhz buna görə də Azərbaycan, Türkiyə və Ermənistan arasında üçtərəfli sülhün mümkün qədər tez imzalanması regionun sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »