Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təkamül 4 dəfə daha sürətlə baş verirmiş - Tədqiqat
Təkamül 4 dəfə daha sürətlə baş verirmiş - Tədqiqat

Uzunmüddətli araşdırmalardan sonra elm adamları təkamülün əvvəllər düşünüldüyündən dörd dəfə daha sürətlə baş verə biləcəyini müəyyən ediblər. Ancaq hələ ki, təkamülün keçmişdən daha sürətli baş verdiyini qəti şəkildə söyləmək üçün hələ kifayət qədər sübut yoxdur.

İngilis təbiət tarixçisi Çarlz Darvinin elm dünyasına bəxş etdiyi və canlıların təbii seçmə yolu ilə inkişaf etdiyini əks etdirən təkamül nəzəriyyəsi olan darvinizmdə mühüm bir inkişaf yolu idi.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, “Science” jurnalında dərc olunan yeni araşdırmada dünya üzrə 19 müxtəlif vəhşi quş və məməlilər qrupunun genetik fərqləri araşdırılıb. Araşdırma 3 il davam edib. Araşdırma zamanı alimlər genetika və təbii seçmənin nə qədər növ dəyişikliyinə səbəb olduğunu öyrənməyə çalışıblar. İlk dəfə bu mövzuda həyata keçirilən bu araşdırma, növlərin keçmişə nisbətən daha sürətli təkamül edə biləcəyinə işarə etsə də, elm adamları bunu tam sübut edəcək kifayət qədər dəlilin hələ olmadığını vurğulayıblar.

Yeni araşdırmanın başqa bir əhəmiyyəti də ortaya çıxıb. İqlim dəyişikliyi ilə bütün dünyada dəyişən ətraf mühit şəraiti, heyvanların da yeni şərtlərə uyğunlaşmalı olması demək idi. Alimlərin fikrincə, yeni araşdırma təkamül sürətinin populyasiya dinamikasına təsir göstərə biləcəyini və təbii seçmənin ətraf mühitdə mövcud dəyişikliklərin təsirlərini qismən azalda biləcəyini izah edib. Təkamülün nə qədər sürətlə baş verdiyini araşdırmaq hansı növlərin gələcək dəyişikliklərə uyğunlaşacağını, yəni onların sağ qalıb-qalmayacağını əvvəlcədən təxmin etməyə kömək edə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »