Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daxili İşlər Nazirliyindən İBB-dəki yoxlamalarla bağlı açıqlama
Daxili İşlər Nazirliyindən İBB-dəki yoxlamalarla bağlı açıqlama

“Biz dağlarda terrorçularla döyüşürük, amma şəhərdəkilərlə vuruşmaq olmazmı?"

Bizimyol.info xəbər verir ki, bunu Daxili İşlər naziri Süleyman Soylu bələdiyyələrdə aparılan araşdırmalar mövzusu ilə bağlı açıqlama verərkən bildirib.

"Dövlətdə işləyənlərin terrorçu təşkilatlarla əlaqəsini tapdığımıza görə özümüzü günahkar hiss edirikmi? Xeyr. Bunu növbəti gün daha böyük problemlərlə üzləşməmək üçün edirik. Əgər, sabah bu adamlar qarışıqlıq yaratsalar bizdən soruşmazlarmı ki, siz nə edirsiniz, bunlar barədə niyə vaxtında tədbir görməmisiniz?", - deyə nazir bildirib.

İstanbulda "DIAYDER" adlı bir dərnək var, bu dərnək tamamilə təşkilatın lideri apo-nun əmri ilə qurulub və dindən sui-istifadə etməklə məşğuldur. Bunun üzərində işləyərkən daha bir nəticə əldə etdik. İnsanlar buranın təqdimatı ilə İBB-yə girib işlədiyini öyrəndik. Bələdiyyə işçisinin əvvəllər "PKK" və "KCK" ilə əlaqəsi olduğunu, dağda olduğu, həmçinin digər terror təşkilatları tərəfindən polisimizin öldürülməsində iştirak etdiyi barədə məlumat əldə etdik. Bundan əlavə FETÖ-dən "qovulan"ın İBB-yə işə götürüldüyünü gördük. İndi nə edək? Bunlara qarşı tədbir görməyəkmi?

Burada daha vacib bir addım var, işə götürülənlər təkcə məhəllələri süpürmürlər. İşə qəbul olunanların bəziləri müvafiq bələdiyyələrin kritik sahələrində işləmək hüququ əldə ediblər. Biz onlara baxmamalıyıq? Biz tədbir görməməliyik? Bizim heç kimin bələdiyyəsi ilə işimiz yoxdur, işimiz terrorla mübarizə aparmaqdır.

"DİAYDER" araşdırmasında, İBB-yə imam olaraq qəbul edilən bəzi şəxslərin həbs olunduğu, maaşlarının bir hissəsinin də terror təşkilatına köçürüldüyü aydın olub", - deyə Soylu bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »