İnsanlar müxətlifdir. Bəziləri küsəyən, bəziləri duyğusal, bəziləri isə aqressiv ola bilir. Ancaq münasibətləri ən çox sıxıntıya salan, insanların xarakterlərindəki narsist xüsusiyyətlərdir. Yəni bəziləri özünü həddən artıq bəyənə bilir.
Narsistlik bir psixoloji pozuntu olaraq qəbul edilir. Bu insanların ətrafında olanlar, daha çox zərər görür. Belələri özündən ifrat dərəcədə razı olur, başqalarını özündən aşağı səviyyədə görür.
İsveçli alimlər, bürclərlə bağlı yeni bir araşdırma aparıb və narsist bürclərin siyahısını tərtib ediblər.
Hansı bürclər daha çox özünü bəyənir? Hansı bürclər narsizmə meyl göstərir?
Şir bürcü
Hər şeyi bildiyini düşünən Şir bürcü bir məkana daxil olduğu zaman hər kəs tərəfindən görülmək və bütün nəzərlərin onun üzərində olmasını arzulayar. Şir bürcü ən narsist bürcdür. Onun fikrincə, ən gözəl, ən ağıllı, ən güclü və hadisələrə hakim ancaq odur. Əgər yeni daxil olduğu bir mühitdə yetərli qədər diqqət çəkmirsə, bu vəziyyət onun xoşuna gəlməz və həmin mühitdə çox qalmaq istəməz.
Qoç bürcü
Qoç bürcünün tək rəqibi özüdür. O, həm şəxsi həyatında, həm də sosial münasibətlərində "öncə mən" deyər. Ətrafındakı insanlara sözünü keçirə bilməsi, dediklərini reallaşdıra bilməsi və ətrafındakı insanlarında onların proqramına əməl etməsini istəyər. Çünki onun işləri və günü, hamıdan çox önəmlidir. Münasibətlərində də hər kəsin onun yaşam tərzinə uymasını istərlər. Cütlük kimi sosial mühitlərdə görünmək istəməzlər, münasibətlərini gizli yaşayarlar. Onların fikrincə, həyatın bütün fəaliyyətləri birlikdə həyata keçirilməli və onun partnyoru öz həyatını Qoçun başqa işləri olan zaman yaşamalıdır.
Əqrəb bürcü
Su qrupunun bu güçlü təsirli bürcü hər zaman istədiyini almaq istəyir. Əqrəb bürcü bir şeyi istəyirsə, başqalarının istəkləri ikinci planda qalır. Öncə onun arzuları reallaşmalıdır. Münasibət qurmaqda çətinlik çəkirlər. Ancaq söhbət öz mənfəətlərindən gedirsə, çox düşüncəli ola bilirlər.
Dolça bürcüDolça bürcü
Dolça bürcü təbiətən azaddır. Şən, gülərüzlü davranışları ilə seçilən, sosial mühitlərə şənlik gətirən Dolça bürcünün də qaranlıq tərəfləri var. Bu tərəf öz həyatının öncəlikləri ilə əlaqədardır. Soyuq məsafə saxlayan birinə çevrilirlər. Özünə qapanar və ətrafdakıların fikirlərinə qapılarını bağlayarlar. Öz mülahizələrini bütün başqa fikirlərdən üstün görürlər. Buna görə də Dolçalsrın diqqət çəkən dərəcədə narsistlik xüsusiyyətləri var.
İlahin, Bizimyol.info






