Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şaxta babaya oxşayan bank qarətçisi oğurladığı pulları ətrafa səpələdi - Foto

ABŞ-ın Kolorado ştatında bank soyan adam qəribə addım atıb. Şaxta babaya oxşayan qarətçi pulları ətrafa səpələyib.

Bizimyol.info xəbər verir ki, 65 yaşlı Devid Ueyn hamını təəccübləndirib. “Academy” adlanan bankın filiallarından birini soyan amerikalı qapıdan çıxan kimi pulları havaya tullayıb.

Devid Ueyn

“11 News” telekanalının əməkdaşı Dion Paskale hadisənin canlı şahidi olub. Onun dediyinə görə, Devid “Merry Cristmas” (“Milad bayramınız mübarək”) ifadəsini işlədib.

Qarətçi bu davranışdan sonra qaçmağa cəhd göstərməyib. Sadəcə, insanların pulları necə toplamasına baxa-baxa polisi gözləyib.

Son xəbərlər
Bütün xəbərlər »