"Azərbaycanı beynəlxalq miqyasda uğurla təmsil etdiyinə görə". Azərbaycanın üç dövlətdə eyni vaxtda diplomatik təmsilçiliyini edən Eldar Həsənova məhz bu nominasiyada "Xəzər" Milli Mükafatı verilib.
Bizimyol.info xəbər verir ki, Bakı Biznes Mərkəzində təltiflərin sahiblərinə təqdimatı keçirilib.

Eldar Həsənov “Xəzər” Milli Mükafatı ilə təltif edilib Məradimdə ölkənin elitasının təmsilçiləri iştirak edib. Təqdimatın aparıcısı, tanınmış telejurnalist Günay Malikqızı mükafatın tarixçəsi və yüksək statusu haqqında məlumat verib. "Xəzər" Milli Mükafatını Sosial Media Mərkəzi və "Azərbaycan-Fransa Məzunları" Birliyi təsis edib və hər ilin yekununda sahibləri seçilir. Bu dəfəki mükafatçılar arasında ölkəmizin Serbiyadakı, Monteneqrodakı Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, hüquq elmlər doktoru, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Eldar Həsənov da var. Keçmiş baş prokuror və hazırda səfir Eldar Həsənov Azərbaycanın xaricdə ən fəal diplomatlarından biri kimi tanınır. Eldar Həsənov hazırda Azərbaycanda olmadığı üçün ona verilən mükafatı keçmiş millət vəkili Əlövsət Ağalarov qəbul edib.






