Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tikinti şirkəti sakinlərin həyatını təhlükəyə atır - FOTOLAR
Şikayətlərinə cavab verilməyən sakinlər problemin həllini ictimailəşdirməkdə görürlər

Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayevo küçəsi 13b ünvanında tikinti şirkəti tikilməkdə olan yaşayış binası texniki təhlükəsizlik qaydalarını pozub.

Belə ki, yaşayış binasının tikintisində əməyin mühafizəsi və texniki təhlükəsizlik norma və standartlarının ciddi şəkildə pozulub.

Bu barədə sakinlərdən biri Bizimyol.info saytına bildirib.

O, tikiniti işinin yaşayış binasının, məktəbin və mağazanın yaxınlığında aparıldığı üçün burada intensiv hərəkətin olduğunu vurğulayaraq, tikinti obyektində bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün heç bir profilaktik tədbirlərin görülmədiyini deyib.

“Tikinti işləri sakinlərin təhlükəsizliyi, sağlamlığı və mühafizəsi üçün ciddi risklər yaradır”,-deyə sakin bildirib.

Onun redaksiyaya göndərdiyi şəkillərdən məlum olur ki, "Texniki təhlükəsizlik haqqında" qanun tələblərini pozub. Belə ki, tikinti şirkəti hündürlükdə işlər yerinə yetirilərkən işəgötürən iş yerində qoruyucu, sığortalayıcı və siqnal verən hasarların olmasını təmin etməli, daşınan yükün ən böyük qabarit ölçüləri nəzərə alınmaqla təhlükəli zonaların sərhədlərini, əşyaların və közərmiş metal hissəciklərin (məsələn, qaynaq işləri zamanı) ətrafa hansı məsafəyə atılmasını, maşın və avadanlıqların hərəkət edən hissələrinin ölçülərini müəyyən etməlidir.

Hündürlükdən yıxılma, yuxarıdan düşən materiallar, alətlər və əşyalardan, eləcə də quraşdırılma, xidmət göstərmə, təmir, montaj və ya sökülmə prosesində konstruksiya hissələri ilə xəsarət alma mümkün olan yüksək təhlükəli zonaya işçilərin və kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün işəgötürən bu zonanın hasarlanmasını təmin etməlidir.

Amma şəkillərdən göründüyü kimi tikinti şirkəti bu tələbləri yerinə yetirməyib.

Dövlət nəzarəti tədbirləri həyata keçirən müvafiq qurumlar bu sahədə müxtəlif tədbirlər həyata keçirsə də, tikinti işləri aparılan ərazilərdə təhlükəsizlik təmin olunmur. Məsuliyyətsizliyin nəticəsində isə istər fəhlələr, istərsə də, ərazidə hərəkət edən sakinlər ağır xəsarət alır, hətta həyatlarını itirirlər.

Sakin problem ictimailəşdirməklə tikinti obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunacağına ümid edir.

[gallery columns="1" size="full" ids="15618,15617,15616,15615,15614,15613">

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »