ABŞ Prezidenti Donald Tramp İordaniyada iki amerikalı hərbçinin həlak olması ilə bağlı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının açıqlamasına münasibət bildirib.
Bizimyol.info xəbər verir ki, Mərkəzi Komandanlığın məlumatına görə, iki ABŞ hərbçisi İranın ballistik raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumun dəf edilməsi zamanı həlak olub.
“Bu, çox kədərli hadisədir. Bunun baş verməsi bizi çox məyus etdi”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti, həmçinin Vaşinqtonun Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyi barədə sözlərini bir daha təkrarlayıb.
Bizimyol.info






