Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maşın alan şəxs aldadıldığını deyir
YPX əməkdaşı avtomobilin həbs və cəriməsi olduğunu bildirib.

“Maşın alverçisindən “Tofaş” markalı 90 BL 186 dövlət nömrə nişanlı avtomobil aldım. Maşınla yaşadığım ünvana gedəndə tol patrul xidmətinin əməkdaşı məni saxladı. Məlum oldu ki, avtomobilin 145 manat cəriməsi və həbs qərarı var”.

Bunu Bizimyol.info saytına müraciət edən vətəndaş Seyidli Fərid İlham oğlu bildirib.

Aldadıldığını iddia edən vətəndaş avtomobili satan şəxsin ona cərimə və həbs qərarı barədə məlumat verilmədiyini, üstəlik də borcu ödəməkdə istəmədiyini etdiyini bildirib.

“13.08.2017-ci il tarixində metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında yerləşən 43 saylı notariat kontorunun təsdiqi ilə avtomobili Bakı şəhəri Ş.Məmmədova küçəsində yaşayan Quliyev Ricat Nizami oğlundan almışam.

Onunla telefon əlaqəsi yaradıb, problemin olduğunu bildirmişəm. O da məni yola verir. Gah “cəriməni ödəyəcəm” deyir, gah da “indi vaxtım yoxdur, get özün ödə” deyir. İndi nə telefonuma, nə də mesajlara cavab vermir. Çıxılmaz vəziyyətdə qalmışam. Problemin həllini onu ictimailəşdirməkdə görürəm”,- Fərid Seyidli bildirib.

Ricat Quliyev Bizimyol.info saytına açıqlamasında problemin olduğu təsdiqlədi və yaxın günlərdə həll olunacağını bildirdi.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »