Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2016-cı ildə Azərbaycana ən çox turistin gəldiyi ölkələr
Mədəniyyət və Turzim Nazirliyi 2016-cı ildə Azərbaycana gələn turistlərlə bağlı statistikaları açıqlayıb. Trend agentliyinin paylaşdığı məlumata əsasən keçən il Azərbaycana 2.242.783 milyon turist gəlib. 2015-i illə müqayisədə ölkəyə daxil olan turistlərin sayı 11.7 faiz artıb

Azərbaycana ən çox turist gələn dörd ölkə və onların ümumi turistlərə nisbəti isə belədir:

1) Rusiya (33%)

2) Gürcüstan ( 22.5%)

3) Türkiyə (13.9%)

4) İran (10.9%)

Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb.

2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.

Son xəbərlər
Bütün xəbərlər »