Andaman dənizində balıqçılar nəhəng gəmiyə rast gəliblər.
Oxu.Az Ren.Tv-yə istinadən xəbər verir ki, bu, 2009-cu ildə naməlum şəraitdə yoxa çıxmış yük gəmisi olub.

O vaxt gəmini sözügedən yerdə tapmaq mümkün olmayıb. Hətta izləri belə aşkarlanmayıb. Bu üzdən də balıqçılar “ruh gəmi” ilə rastlaşdığını düşünüblər.






