Cənubi Afrika Respublikasının Kruger Milli Parkına gələn qonaqlar, turistlərdən birinin avtomobilinin qapısını açmağa çalışan şirin hərəkətlərini videoya çəkiblər.
Video müəllifinin sözlərinə görə, hadisə səhər saatlarında, təxminən 5 radələrində baş verib. Yol kənarındakı onlarla şiri görən turist qrupları dayanıb və onları izləmək qərarına gəlib.
Böyük pişiklərdən biri avtomobilə maraq göstərib və bir müddət maşının ətrafında dolaşıb. Hətta müəyyən vaxtdan sonra heyvan avtomobilin qapısını açmağa çalışıb. Qapının bağlı olması turistləri xilas edib. Şir cəhdlərini bir neçə dəfə təkrarlayıb, sonra sürücü riskə getməmək üçün maşını sürərək uzaqlaşıb və bununla da heyvanın turistlərin avtomobilinə olan bütün marağı itib. (Bizimyol.info)






