ABŞ Silahlı Qüvvələrinin İran-İraq sərhədində yerləşən nəzarət-buraxılış məntəqəsinə endirdiyi zərbə nəticəsində İran ordusunun hərbçisi həlak olub.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat verib.
Hadisə İranın Şələmçə şəhəri yaxınlığında baş verib. Məlumata əsasən, zərbə nəticəsində İran ordusunun rabitə bölməsinin leytenantı Məhəmməd Səlimi həyatını itirib.
Bundan əvvəl İranın dövlət televiziya və radio şirkəti ABŞ-ın “Şələmçə” sərhəd-keçid məntəqəsinə endirdiyi zərbə nəticəsində azı iki nəfərin öldüyünü, 11 nəfərin isə yaralandığını açıqlamışdı.
Bizimyol.info






