Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Beynəlxalq Diplomatiya və Liderlik Sammiti real diplomatik təcrübənin paylaşılması üçün mühüm platformadır”
“Beynəlxalq Diplomatiya və Liderlik Sammiti real diplomatik təcrübənin paylaşılması üçün mühüm platformadır”

Diplomatiya yalnız rəsmi danışıqlar masası arxasında aparılan proses deyil. Bu sahə illərlə formalaşan siyasi baxış, strateji düşüncə, düzgün qərarvermə və mürəkkəb beynəlxalq prosesləri idarə etmək bacarığı tələb edir. Məhz bu yanaşmadan çıxış edən “Hoffman Co” şirkəti Bakıda keçiriləcək Beynəlxalq Diplomatiya və Liderlik Sammitinin əsas məqsədinin diplomatiya və liderlik sahəsində real təcrübənin paylaşılması olduğunu açıqlayıb.

Şirkətdən Bizimyol.info xəbər portalına verilən açıqlamada bildirilib ki, oktyabrın 11-də "Four Seasons Hotel Baku"da baş tutacaq konfrans iştirakçılara yalnız nəzəri biliklər deyil, həm də uzun illər dövlət idarəçiliyi və beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərmiş şəxslərin praktiki yanaşmalarını təqdim edəcək.

Məqsəd diplomatiya, liderlik və strateji düşüncə sahəsində dəyərli təcrübələri daha geniş auditoriya ilə bölüşməkdir. Müasir dövrdə uğurlu liderlik yalnız nəzəri biliklərlə deyil, real hadisələrdən əldə edilən təcrübə ilə formalaşır. Bu sammit də məhz həmin təcrübənin birbaşa mütəxəssislər tərəfindən paylaşılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bildirilib ki, tədbirdə Azərbaycanın keçmiş xarici işlər naziri, fövqəladə və səlahiyyətli səfir Tofiq Zülfüqarov, siyasi xadim, Azərbaycan Respublikası Prezidentinin keçmiş köməkçisi Eldar Namazov, politoloq, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Fərhad Məmmədov və diplomat, beynəlxalq münasibətlər üzrə ekspert Çingiz Məmmədov çıxış edəcəklər.

Məlumata görə, sammit çərçivəsində Tofiq Zülfüqarov Azərbaycanın xarici siyasət təcrübəsi və diplomatiyanın əsas prinsipləri, Eldar Namazov liderlik və strateji qərarvermə, Fərhad Məmmədov müasir beynəlxalq çağırışlar, Çingiz Məmmədov isə Azərbaycanın BMT-dəki fəaliyyəti və beynəlxalq platformalardakı rolu barədə fikirlərini bölüşəcək.

Tədbirin əsas üstünlüklərindən biri mövzuların yalnız akademik müstəvidə müzakirə edilməməsidir. İştirakçılar diplomatiyanın arxa planında dayanan qərar mexanizmləri, beynəlxalq münasibətlərdə yaranan çətinliklər və liderlərin qarşılaşdığı real situasiyalar barədə birbaşa ekspertlərdən məlumat əldə edə biləcəklər.

Sammit iştirakçılarına spikerlərin imzası ilə xüsusi sertifikat təqdim olunacaq.

Sertifikatların iştirakçılara onlayn formada göndərilməsi nəzərdə tutulur. Fiziki sertifikat əldə etmək istəyən şəxslər isə əvvəlcədən məlumat verməklə onu təşkilatçıların ofisindən götürə biləcəklər. Hər iki formatda təqdim olunan sertifikat eyni hüquqi və simvolik dəyərə malik olacaq.

Açıqlamada bildirilib ki, tədbir üçün müxtəlif bilet kateqoriyaları təqdim olunur. Protokol paketi 230 AZN təşkil edir və bu paketə ön sıralarda iştirak, xüsusi hədiyyə dəsti, həmçinin spikerlərin iştirakı ilə 5 ulduzlu oteldə təşkil olunacaq şam yeməyi daxildir.

Digər paketlər üzrə qiymətlər isə belədir:

  • 90 AZN – Gold paket (4–6-cı sıralar)
  • 75 AZN – Silver paket (7–10-cu sıralar)
  • 65 AZN – Bronze paket (11–13-cü sıralar)
  • 45 AZN – Standart paket (14-cü sıradan başlayaraq sərbəst yerləşmə)

Şirkət iştirakçılara yerlərini əvvəlcədən bron etməyi tövsiyə edib.

İlkin olaraq cəmi 10 AZN ödəniş etməklə seçilmiş kateqoriyada yer rezerv etmək mümkündür. Gec müraciət zamanı isə müəyyən kateqoriyalar üzrə yerlərin məhdudlaşması mümkündür.

Şirkətdən bildirilib ki, Beynəlxalq Diplomatiya və Liderlik Sammiti yeni nəsil üçün diplomatiyanın və liderliyin praktiki tərəflərini öyrənmək, peşəkarlarla birbaşa ünsiyyət qurmaq və strateji baxışlarını inkişaf etdirmək baxımından mühüm imkan yaradacaq.

İradə Cəli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »