Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rubio Lavrovla görüş öncəsi ABŞ mediasının suallarını cavabsız qoyub
Rubio Lavrovla görüş öncəsi ABŞ mediasının suallarını cavabsız qoyub

ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən əvvəl amerikalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Bizimyol.info xəbər verir ki, Filippinin paytaxtı Manilada keçirilən görüşün protokoluna əsasən, Rusiya və ABŞ-dan hər biri 10 nəfər olmaqla iki jurnalist qrupu tərəflər artıq danışıqlar masası arxasında əyləşdikdən sonra zala buraxılıb.

Media nümayəndələrinə yalnız görüşün ilk kadrlarını çəkməyə icazə verilib. Bu zaman amerikalı jurnalistlər Rubioya müxtəlif suallar ünvanlayıblar. Jurnalistlərdən biri dövlət katibindən görüş zamanı Lavrovdan Rusiyanın İrana hədəflərin müəyyənləşdirilməsində kömək edib-etmədiyini soruşacağını soruşub.

Lakin Rubio bu suala heç bir reaksiya verməyib. Rusiya mətbuatının verdiyi məlumata görə, ABŞ tərəfinin müəyyən etdiyi qaydalara əsasən, həmin anda jurnalistlərin sual verməsi qadağan idi.

Təxminən 10–15 saniyə sonra media nümayəndələri zalı tərk ediblər və bundan sonra Lavrovla Rubio arasında qapalı danışıqlar başlayıb.

Rusiya nümayəndə heyətində xarici işlər nazirinin müavini Andrey Rudenko, Xarici Siyasətin Planlaşdırılması Departamentinin direktoru Aleksey Drobinin və Rusiya Prezidentinin ASEAN yanında xüsusi nümayəndəsi Yevgeni Zaqaynov iştirak edib.

ABŞ nümayəndə heyətinə isə dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker və ABŞ prezidentinin xüsusi elçisi Sercio Qor daxil olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »