ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Mark Montqomeri hesab edir ki, İranın pilotsuz uçuş aparatları və raket buraxılışı imkanlarını zəiflətmək üçün ABŞ qüvvələri bir neçə həftə ərzində hər gün 150-200 zərbə endirməli olacaq.
Bizimyol.info xəbər verir ki, admiral bu barədə “Financial Times” qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, əsas məsələ ABŞ qüvvələrinin mobil raket buraxılış qurğularını məhv edib-edə bilməyəcəyindən asılıdır.
“Qısa məsafədə havada raketlərin qarşısını almaq taktiki problemdir. Lakin onları İran ərazisinin 75 mil (təxminən 120 kilometr) dərinliyinə qədər geri çəkilməyə məcbur etmək mümkün olsa, bu, daha asan olacaq”, — deyə Montqomeri bildirib.
Qeyd olunur ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.
Lakin iyulun 8-nə keçən gecə ABŞ İranın əldə olunan razılaşmaların Hörmüz boğazı ilə bağlı hissəsini pozduğunu iddia edərək, ölkə ərazisinə genişmiqyaslı zərbələri yenidən bərpa edib.
Bizimyol.info






