Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA Avropa Liqası: Bu gün “Qarabağ” Bolqarıstan klubunu qəbul edəcək
UEFA Avropa Liqası: Bu gün “Qarabağ” Bolqarıstan klubunu qəbul edəcək

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində ilk oyuna çıxacaq.

Ağdam klubu Bolqarıstanın MOİK (Sofiya) komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Matçı italiyalı baş hakim Daniele Kiffi idarə edəcək.

Komandalar arasında cavab qarşılaşması iyulun 30-da Sofiyada olacaq. Bu cütün qalibi "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək.(azərtac)

Son xəbərlər
Bütün xəbərlər »