Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heqset: Bayden administrasiyası Pentaqonun maliyyələşdirilməsinə kifayət qədər diqqət ayırmayıb
Heqset: Bayden administrasiyası Pentaqonun maliyyələşdirilməsinə kifayət qədər diqqət ayırmayıb

ABŞ-nin keçmiş Prezidenti Co Baydenin administrasiyası Pentaqonun maliyyələşdirilməsinə lazımi diqqət göstərməyib və Ukraynaya göndərilən silahların ehtiyatlarını vaxtında bərpa etməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

Nazirin sözlərinə görə, əvvəlki administrasiya dövründə Müdafiə Nazirliyi dörd il ərzində maliyyə çatışmazlığı ilə üzləşib. "Co Bayden administrasiyası üçün Müdafiə Nazirliyinin maliyyələşdirilməsi prioritet deyildi", – deyə Pentaqon rəhbəri vurğulayıb.

O xatırladıb ki, Konqres ABŞ ehtiyatlarından Ukraynaya silah göndərilməsi üçün beş əlavə maliyyə paketi təsdiqləmişdi.

Nazirin sözlərinə görə, həmin dövrdə ABŞ anbarlarından silahlar ardıcıl şəkildə Ukraynaya göndərilib, onların əvəzinin doldurulması isə köhnə və ləng bürokratik prosedurlar vasitəsilə həyata keçirilib. Bu isə silah ehtiyatlarının operativ şəkildə bərpasına imkan verməyib.

Hehset həmçinin iddia edib ki, əvvəlki ABŞ administrasiyası dünyadakı təhlükələri kifayət qədər nəzərə almayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »