ABŞ Silahlı Qüvvələri İrana qarşı növbəti hava zərbələri çərçivəsində Bane, Kabudar-Ahang və Sirik şəhərlərini hədəfə alıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bundan əvvəl Xuzistan əyalətinin Bəndər-Mahşəhr və Behbəhan şəhərlərində, həmçinin Təbriz, Çabahar və Buşehrdə silsilə partlayışların baş verdiyi bildirilmişdi.
Agetliyin məlumatına görə, Bane şəhəri yaxınlığında yerləşən bir obyektə ziyan dəyib. Kabudar-Ahang şəhərinə isə hava zərbəsi endirilib. Hadisə nəticəsində ölən və yaralananlarla bağlı hələlik məlumat verilməyib.
Daha sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni zərbələr seriyasının başa çatdığını açıqlayıb. Bildirilib ki, əməliyyat zamanı İranın əməliyyat mərkəzləri, Hərbi Dəniz Qüvvələrinə məxsus vasitələr, aviasiya anqarları, pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlər və hərbi-logistika infrastrukturu hədəf alınıb.
Bizimyol.info






