Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson: “Putin Qərbin nə istədiyini anlamadığı müddətdə Ukraynada müharibəni dayandırmayacaq”
Boris Conson: “Putin Qərbin nə istədiyini anlamadığı müddətdə Ukraynada müharibəni dayandırmayacaq”

Qərb Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı qəti və dəyişməz mövqeyini nümayiş etdirməyincə, Kreml rəhbəri müharibəni dayandırmayacaq.

Bizimyol.info xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson "Sky News" telekanalına müsahibəsində bildirib.

Consonun sözlərinə görə, Ukraynadakı müharibənin bu qədər uzanmasının əsas səbəblərindən biri Putinin Qərbin məqsədləri barədə aydın təsəvvürə malik olmamasıdır.

“Bu məsələyə son qoymalıyıq. Müharibənin indiyədək başa çatmamasının səbəblərindən biri Putinin əslində Qərbin nə istədiyini bilməməsidir. O, Ukrayna məsələsində qeyri-müəyyənliyin davam etdiyini düşündüyü müddətdə hücumlarını davam etdirəcək”, – deyə keçmiş baş nazir vurğulayıb.

Conson hesab edir ki, müharibənin başa çatmasının əsas yollarından biri Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Qərbin əvvəlki rəsmi mövqeyini yenidən açıq şəkildə təsdiqləməsidir. “Vaşinqton, London, Paris və digər paytaxtlar bir daha əvvəlki rəsmi siyasəti bəyan etməlidirlər: Ukrayna NATO-ya üzv olmalıdır”, – deyə o bildirib.

Keçmiş baş nazir həmçinin ABŞ Prezidenti Donald Trampın Vladimir Putinə ciddi təzyiq göstərərək onu müharibəni dayandırmağa məcbur edə biləcək siyasətçi olduğunu söyləyib.

“Tramp Putinə real təzyiq göstərə və bu məsələyə son qoya biləcək şəxs ola bilər. Xarici siyasət təşəbbüslərinə gəldikdə, onun kifayət qədər sərt addımlar atmağa hazır olduğuna heç bir şübhə yoxdur”, – deyə Conson bildirib.

O əlavə edib ki, Tramp İrana qarşı hərbi gücdən istifadə edən ilk ABŞ prezidenti olub.

Məqalədə bildirilir ki, Donald Tramp daha əvvəl Ukraynadakı müharibənin 2029-cu ildə başa çatacaq prezidentlik müddəti bitməzdən əvvəl yekunlaşa biləcəyini istisna etməyib. ABŞ prezidenti, həmçinin Vladimir Putinin sülh sazişinə razılaşa biləcəyini düşündüyünü bildirib.

Bununla yanaşı, Polşanın Baş naziri Donald Tusk fərqli mövqe sərgiləyib. Onun fikrincə, Rusiyanın sərt mövqeyi nəzərə alınmaqla yaxın zamanda sülhün əldə olunacağı gözlənilmir. Tusk hesab edir ki, Moskva ən azı qış aylarınadək hərbi əməliyyatları davam etdirməyə çalışacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »