Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, görüşdə Azərbaycan və alman iş adamlarının, həmçinin şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanaraq, bu cür fəaliyyətin institutlaşdırılması yolları müzakirə edilib.

Ənənəvi və alternativ energetika üzrə mövcud potensial, Orta Dəhliz daxil olmaqla bağlantı, nəqliyyat və logistika sahələrində imkanlar barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanda kənd təsərrüfatı ilə bağlı dövlət proqramının qəbul olunduğu xatırlanaraq, Almaniyanın bu sahədə aparıcı texnologiyalarının ölkəmizdə tətbiqi imkanlarına toxunuldu, o cümlədən "ağıllı kənd təsərrüfatı" istiqamətində əməkdaşlığın perspektivləri qeyd edilib.

Söhbət zamanı, həmçinin ölkəmizin turizm potensialından istifadə olunmasına və qarşılıqlı maraq doğuran digər mövzulara dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »