Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İranla genişmiqyaslı müharibə həddinə çatıb
ABŞ İranla genişmiqyaslı müharibə həddinə çatıb

ABŞ İraq və İordaniyada amerikalı hərbçilərin həlak olmasından sonra İranla genişmiqyaslı müharibənin astanasına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Pentaqon Yaxın Şərqdə yerləşdirilən hərbi təyyarələrin sayını artırmağa başlayıb. Bununla belə, ABŞ-ın hərbi əməliyyatları genişləndirməsi hava hücumundan müdafiə vasitələri və uzaqmənzilli sursat ehtiyatlarının azalması, eləcə də döyüş zədələri səbəbindən bölgəyə əlavə qoşun və təyyarələrin göndərilməsi imkanlarının məhdudlaşması ilə çətinləşə bilər.

Amerikalı rəsmi "The Washington Post" nəşrinə bildirib ki, ABŞ-ın əməliyyatları təhlükəsiz şəkildə həyata keçirmək üçün kifayət qədər resursu yoxdur.

ABŞ-İran qarşıdurmasının növbəti gərginləşmə mərhələsi iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra ilk dəfə olaraq, guya Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İran ərazisinə bir neçə silsilə zərbə endirib.

Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin başa çatdığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »