Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qara dənizdə taxıl daşıyan gəmiyə zərbə endirilib: 5 dənizçi həlak olub
Qara dənizdə taxıl daşıyan gəmiyə zərbə endirilib: 5 dənizçi həlak olub

Qara dənizdə taxıl daşıyan mülki yük gəmisinə raket zərbəsi endirilib, nəticədə azı 5 ekipaj üzvü ölüb.

Bizimyol.info xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Qvineya-Bisau bayrağı altında üzən, Türkiyəyə məxsus “GOLDEN LEO” quru yük gəmisi döyüş zonasından çıxarkən üç raketlə vurulub. Zərbə nəticəsində gəminin üst qurğusunda yanğın başlayıb.

Ukrayna tərəfinin məlumatına əsasən, daha 5 ekipaj üzvünün taleyi məlum deyil, axtarış-xilasetmə əməliyyatı davam edir. 8 dənizçi Odessa xəstəxanalarından birinə çatdırılıb.

Ukrayna Hərbi Dəniz Qüvvələri hadisəni "mülki gəmiçiliyə qarşı hücum" kimi qiymətləndirərək bildirib ki, gəmi hərbi təhlükə yaratmayıb.

Hadisə fonunda Odessa vilayətində raket və pilotsuz uçuş aparatları ilə hücumların davam etdiyi qeyd olunur. Yerli hakimiyyətin məlumatına görə, son günlər bölgəyə endirilən zərbələr nəticəsində ölən və yaralananlar olub, mülki infrastruktur da zərər görüb.

Rusiya tərəfi isə hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »