Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merz Almaniyada hakim koalisiyanın dağılacağı ehtimalını rədd edib
Merz Almaniyada hakim koalisiyanın dağılacağı ehtimalını rədd edib

Almaniya kansleri Fridrix Merz Xristian Demokrat İttifaqının (XDİ) Sosial Demokrat Partiyası (SDP) ilə qurulan hakim koalisiyadan çıxması ehtimalını istisna edib və Berlində alternativ hökumət ittifaqları axtarmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, Merz bu barədə ZDF telekanalına verdiyi "yay müsahibəsi" zamanı danışıb. O, koalisiyanın səmərəsiz işləyəcəyi təqdirdə XDİ-nin hökumətdən ayrılması üçün hər hansı bir vaxt çərçivəsi müəyyən edib-etmədiyi barədə suala cavab verib.

"Mən Berlində başqa koalisiya axtarmıram. Mən istəyirəm ki, bu koalisiya uğur qazansın. Bu, hər iki tərəf üçün asan deyil: nə SDP üçün bizimlə, nə də bizim üçün SDP ilə işləmək rahatdır", – deyə Merz bildirib.

Kansler deyib ki, hazırkı hökumətin ölkəni idarə etmək üçün ictimai mandatı var.

"Bu mandat yalnız iki partiyanın maraqlarından ibarət deyil. Bizə bu olduqca mürəkkəb dövrdə ölkənin sabit kursunu qorumaq tapşırılıb. Biz bu çağırışı qəbul edirik. Hesab edirəm ki, bu, bizim tərəfimiz üçün mübahisəsizdir, amma eyni yanaşmanın SDP üçün də keçərli olacağına ümid edirəm", – deyə o əlavə edib.

Xatırladaq ki, XDİ/XSD bloku ilə SDP-dən ibarət Almaniya hökumətinin fəaliyyətə başlamasından mayın 6-da bir il ötüb. Son rəy sorğularına əsasən, mühafizəkar blokun mövqeləri zəifləyib.

Bu arada sağçı Almaniya üçün Alternativ (AfD) partiyası bəzi sorğularda artıq ölkənin ən populyar siyasi qüvvəsinə çevrilərək ilk pilləyə yüksəlib. INSA sosioloji institutunun "Bild" qəzetinin sifarişi ilə keçirdiyi son sorğuya əsasən, AfD mühafizəkar bloku 8 faiz qabaqlayır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »